Ləzgilər
From Wikipedia, the free encyclopedia
Remove ads
Ləzgilər (ləzg. лезгияр, лекьер) — əsasən Cənubi Dağıstanda və Azərbaycanın şimal-şərqində yaşayan Qafqaz xalqlarından biri.
Ləzgilərin çoxu islam dininin Sünni əqidənin Şafii məzhəbin Müridizm təriqətinə etiqad edir. Qafqaz dillərin Dağıstan grupuna aid Ləzgi dilində danışırlar.
Remove ads
Mədəniyyət
Ləzgilərin mədəniyyəti İslam dininə, Ləzgival əxlaq qaydalarına, Ləzgi soylara (sixil) və Ləzgi dilinin istifadəsinə əsaslanır. Ləzgilərin mədəniyyəti, digər Dağıstan xalqlarında olduğu kimi suvarar (adətlər) və İslamdan ibarətdir. Ən önəmli bayramları Ramazan və Qurban bayramlarıdır.
Ləzgival
Ləzgilərin qeyrət, əxlaq və ədəb anlayışlarına Ləzgival deyilir. Ləzgival heç kim tərəfindən yazılmamış, ləzgilərin arasında öz-özünə formalaşmış yüksək əxlaq və davranış qaydalarıdır. Uşaqlıqdan bəri cəmiyyətin hər bir üzvünün həyatının bütün sahələrini əhatə edər. Ləzgival, valideynlər və ləzgi cəmiyyəti tərəfindən nəsildən nəsilə ötürülən əxlaq, şərəf və davranış qaydaların bütünüdür. Bu əxlaqi və etik davranışlar cəmiyyətdə ləzgi qadının namus və şərəfini qorumağa yönəlikdir.[12][13][14]
Din

Ləzgilər İslam dininin Sünni etiqatın Şafii məzhəbin Müridizm təriqətinə aiddirlər[15]. XIX əsrdə ləzgilərin şeyxi Məhəmməd Kuravi Çar Rusiyası ilə mübarizə üçün ləzgilərin arasında müridizm hərəkətını başladır, daha sonra bu hərəkata digər Dağıstan xalqları da qoşulur, şeyxin tələbələri arasında ən tanınmışı Şeyx Şamildir.[16] Qafqaz müharibəsindən sonra Çar Rusiyası müridizmə qadağa qoyur, lakin Qafqaz-Rus anlaşmasına əsasən məscidlər fəaliyyətinə davam edə bilirlər.[17] 27 aprel 1930-cu ildə ləzgilər Qazı Məhəmməd Ştulvinin başçılığı altında sovet hakimiyyətinə qarşı üsyan qaldırırlar,[18] lakin 1930-cu ilin noyabrın 29-da bütün üsyançılar edam edilir, məscidlər bağlanır, Quran oxumaq qadağan edilir, dini xadimlər və ailələri isə sürgün edilir.[19] Beləliklə, İslamın təsiri ləzgilərin arasında xeyli azaldılır, lakin 10 il sonra 1940-cı ildə ləzgilər yenidən sürgün edilir, artıq Stalin tərəfindən Mərkəzi Asiyaya. İslamın təbliğinə və Qazı Məhəmməd Xuluxvi, Kiri Buba, Qazı Məhəmməd Ştulvi kimi xalq qəhrəmanlarının adlarının çəkilməsinə belə tamamilə qadağa qoyulur.
Dil
Ləzgi dili Qafqaz dilləri ailəsinin Çeçen-Dağıstan dilləri qolunun Ləzgi dilləri yarımqrupuna daxildir.[20] 1928-ci ilə kimi Ləzgi dili üçün ərəb qrafikalı əlifbadan istifadə olunub, 1928–1938-ci illərdə latın qrafikalı əlifbadan, 1938-ci ildən başlayaraq isə kiril əlifbasından istifadə edilir.[21] Dünyada Ləzgi dilində 776 min nəfər danışır.[22] Son illərdə yeni nəsil arasında Ləzgicə bilənlərin sayı azaldıqdan UNESCO Ləzgi dilinin yox olma təhlükəsinin olduğundan xəbərdar etdi.[23]
2000 | 2005 | 2010 | 2015 | 2020 |
---|---|---|---|---|
98,72 % | 87,26 % | 48,25 % | 39,22 % | 28,79 % |
Ləzgi soylar
Ləzgi soyu (Sixil) — Ləzgilərin müasir soyadlardan öncə istafadə ettikləri qədim soy isimləri, hələ də Ləzgilərin arasında istifadə olunur. Bir Ləzgi soyu təqribən 40-50 ailədən ibarətdir. Çar Rusiyası gələndən sonra ləzgilərə Magomedov, Axmedov kimi soy isimlər verildi. Amma bəzən çar hakimiyyətinin gəlişindən sonra da soyad əvəzinə ləzgilər soylardan istifadə etməyə davam edirdilər. Məsələn, məşhur ləzgilərdən: Kiri Buba - Axmedov yerinə Kiri, Stal Süleyman - Xasanbekov yerinə Stalari, Ştul Məhəmməd - Ramazanov yerinə Ştulari.
Remove ads
Məskunlaşma
İl | 1897 | 1926 | 1937 | 1939 | 1959 | 1970 | 1979 | 1989 | 2000 | 2010 | 2021 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dağıstan | 95 262[24] | 93 049[25] | 101 789[26] | 100 417[27] | 114 210[28] | 170 494[29] | 202 854[30] | 257 270[31] | 411 535 (2002 г.)[32] |
473 722[33] | 488 608[34] |
Azərbaycan | 63 670[35] | 69 363[36][37] | 104 789[26] | 111 666[38] | 98 211[39] | 137 250[40] | 158 057[41] | 171 395[42] | 178 000 (1999 г.)[43] |
180 300 (2009 г.)[43] |
167,570
(2019 г.) |
Umumi | 159 213[44] | 134 529[45] | 206 487[26] | 220 969[46] | 223 129[39] | 323 829[47] | 382 611[48] | 466 006[49] | 589 535 | 654 022 | 656 178 |
NOT: Son 10 ildə Ləzgi əhalinin azalmasın səbəbi, uşaqların az doğulması, gənclərin gec evlənməsi, eləcə də iqtisadi səbəblərlə başqa ölkələrə köçüb orada assimilyasiya olmalarıdır.
1989 | 2002 | 2010 | 2015 | 2020 | 2023 |
---|---|---|---|---|---|
5.5 | 3.5 | 2.7 | 2.5 | 1.7 | 1.5 |
NOT: Əhalinin sayısını eyni qalmağı üçün ümumi nəsilvermə əmsal ən az 2.2 olması mütləqdir, lakin az saylı xalqlar üçün bu əmsal ən az 3.5 olması vacibdir.
Azərbaycan
Dil
NOT: Son 10 ildə (2009-2019) Ləzgilərin umumi sayı 9.2% azalıb, Ləzgicəni öz ana dili hesab edənlər 15% azalıb, eyni zamanda rusca danışanlar 15,2% faiz çoxalıb.
Ərazi yerləşimi
Azərbaycanda ləzgilər respublikanın 20-dən çox rayonunda, həmçinin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Göyçay və başqa şəhərlərində yaşayırlar. Quba, Qusar, Xaçmaz, İsmayıllı, Qəbələ, Şəki, Qax və Oğuz ləzgilərin yığcam yaşadıqları rayonlardır[64].
Ləzgilər Azərbaycan əhalisinin 2,0%-ni təşkil edir (2009).[65] 30-cu illərdə məktəblərdə ana dilinin keçilməsinə baxmayaraq, 1936-cı ildən ləzgi dilində dərslərin keçilməsi ləğv edilmişdir. Bu, ləzgilərin assimilyasiya prosesini gücləndirmiş, xalqı yoxa çıxmaq təhlükəsi qarşısında qoymuşdur[64]. 1993-cü ildən başlayaraq Azərbaycanda ləzgi dilində dərsliklər çap edilir. Hazırda 94 məktəbdə (891 sinif) ləzgi dilində dərslər keçirilir. Həmin məktəblərdə 15 000-ə yaxın şagird təhsil alır. Ləzgilərin sıx yaşadığı Quba-Xaçmaz iqtisadi rayonunun sənayesinin əsasını yüngül və yeyinti sənayesi təşkil edir. Başlıca olaraq meyvə-tərəvəz, şərab və süd məhsulları emal edilir. Rayonun kənd yerlərində xalçaçılıq ənənəvi sənətkarlıq növü kimi inkişaf etməkdədir. Qafqazın qədim xalqlarından olan ləzgilər bu bölgənin iqtisadi inkişafında mühüm rol oynayırlar.
Dağıstan
Remove ads
Tanınmış şəxsiyyətlər
Tarixi şəxsiyyətlər
- İmam Hacı Davud Müşkürvi (1680–1735) — Şimali Qafqazın birinci imamı, Şirvanda Səfəvilərə üsyan qaldırıb teokratik dövlət qurmaq istəyən hərbi xadim.
- İmam Qazi Məhəmməd — müridizmin ardıcılı, din xadimi.
- Abrek Abdullah (Kiri Buba) — Çar rejiminə və həmçinin yerli zülmkarlara qarşı mübarizə aparmış məşhur abrek,.
- Abrek Əli Hilivi — 1837-ci ildə baş vermiş Quba üsyanının rəhbərlərindən biri.
- İmam Mushab-Əli Kuzunvi — imam və Azərbaycanın bolşeviklər tərəfindən işğalına qarşı müqavimət göstərənlərdən biri.
- Bəybala bəy Sultanov — Rusiya imperiyası II Dövlət Dumasının Müsəlman fraksiyasının üzvü.
- Məhəmmədəli xan — ləzgi əsilli Səfəvi dövlət məmuru və hərbi komandir.
Hərbçilər
- Tehran Mənsimov — Azərbaycan Silahlı Qüvvələrinin (XTQ) polkovniki
- Yaşar Aydəmirov — Azərbaycanlı hərbçi, general-leytenant.
- Mahmud Əbilov — hərbi xadim, general-mayor.
- Şair Ramaldanov — Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, ASQ-nin ehtiyatda olan polkovniki.
- Abbas İsrafilov - Sovet İttifaq Qəhrəmanı.
- Çingiz Qurbanov — Azərbaycanın Milli Qəhrəmanı.
- Polkovnik Bəhram Ağakişiyev -1 ci qarabag müharibəsi kəşfiyyat dəstə komandiri ehtiyatda olan zabit.1992 ci il Sentyabr ayında Ağdərə Kəlbəcər və Laçın rayonları uğrunda gedən döyüşlərdə xüsusi Rəşadət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikasının Milli qəhrəmanı adına teqdım olunub.Barəsində Cənnət yolçusu adlı film cəkilib. Azərbaycan Respublikası Prezidentinin 02.02.2024 il sərəncamı ılə Heydər Əliyev medalı ilə təltif olunmuşdur.
- Samir Kaçayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, heykəltaraş. 2016-cı il Aprel döyüşləri şəhidi.
İdmançılar
- İkram Ələsgərov — UFC döyüşçüsü.
- Əmrə Bəlözoğlu — Ləzgi əsilli keçmiş türkiyəli futbolçu
- Elmar Baxşiyev — "Araz-Naxçıvan" nin Baş Məşqçisi
- Renat Dadaşov - Ləzgi əsilli Azərbaycan milli futbolçusu
- Rüfət Dadaşov - Ləzgi əsilli keçmiş Azərbaycan milli futbolçusu
- Nazim Hüseynov — Cüdo üzrə 1992-ci il Olimpiya çempionu
- Şahrudin Məhəmmədəliyev — Ləzgi Əsilli Azərbaycan Milli Yığma və Qarabağ FK nın Qapıçısı
- Fəridə Əzizova — Azərbaycanlı taekvondoçu.
- Namiq Ələsgərov — Misli Premyer Liqasında çıxış edən Sabahın futbolçusu
- Vahid Rəhimov — yunan-roma güləşçisi.
- Əliəshab Səlimov — Boks üzrə Avropa və Dünya çempionu.
- Naviddin Sırxayev — futbolçu.
- Əli Hacıbəyov - Futbolçu
- Rahid Əmirquliyev — II liqasında çıxış edən Şahdağ Qusar nın futbolçusu
- Rasim Ramaldanov — Futbolçu.
- Bədavi Hüseynov — Azərbaycanlı futbolçu, "Qarabağ FK"-nın mudaficisi
- Rasim Tahirbəyov — "Anji"nın futbolçusu.
- Sərdar Sərdarov — "Dinamo Maxaçkala"nın futbolçusu.
- Əbdürrəhim İsayev — Taekvondoçu,
- Zaur Hacıbabayev — Qaydasız döyüş (MMA) üzrə Avropa, Asiya, Avrasiya və dünya çempionu
- Edgar Adilxanov — "Şamaxı FK" nın futbolçusu
- Ruslan Kiçibəyov — "Qusar FK" nın futbolçusu
Şairlər
- Nurəddin Şərifov-şair
- Mirzə Cəbrayıl - Şair
- Mirzə Kərim - Şair
- Abdulcəlil Xuluqvi - Şair
- Fəqir (şair) - Şair
- Əmirəli Tahircallı - Şair
- Məhəmməd Məhəmmədoviç Hacıyev - Filoloq
- Kasıb Abdullah - Şair
- Mirzə Həsən Əlqədari — tarixçi-alim, şair
- Süleyman Stalski — Şair
- Asəf Mehman — Ləzgi şairi
- Səid Koçxyurski — Ləzgi şairi, aşıq. Əsərlərini ləzgi və Azərbaycan dillərində yazmışdır.
- Ləzgi Əhməd — XVIII əsr ləzgi əsilli Azərbaycan şairi.
- Qotfrid Həsənov — Dağıstan Peşakar Musiqi Mədəniyyətinin Banisi
- Nazim Axtınski — XVIII əsr ləzgi əsilli Azərbaycan şairi
- Qiyas Məcidov — yazıçı və dramaturqu
- Stal Sayad — şair
- Yetim Emin — şair, Ləzgi ədəbiyyatın banisi hesab olunur
- Sədaqət Kərimova — şairə
İş adamları
- Seyfəddin Rüstəmov — əslən qusarlı Rusiyada milyardçıdır
- Süleyman Kərimov — Rusiya parlamentində təmsil olunan milyardçıdır.
Digər
- Eldar Əzizov — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.
- Şair Alxasov — Qusar Rayon İcra Hakimiyyətinin başçısı.
- Mehmet Rəcəb Pekər — Türkiyənin keçmiş baş naziri
- Sergey Məlikov — Rusiya dövlət və hərbi lideri. Dağıstan Respublikasının Dövlət Başçısı
- Najmudin Samurski - Dağıstanın Keçmiş Dövlət Xadimi və Məmur
- Abutalıb Əbilov — Dağıstan Dövlət Universiteti Banisi
- İdris Şamxalov — Dağıstanda ilk teatr qurucusu
- Arif Mirzəquliyev — Ləzgi Əsilli Azərbaycan Aktyoru və Həkimi
- Əkbər Fərzəliyev — Azərbaycan Kino Aktyoru və Hüquqşünas
Remove ads
Ləzgilərin soyqırımı
1918-ci ildə Digah kəndində baş verən Qanlı dərə soyqırımında erməni-daşnak dəstələri ayrı-ayrı mənbələrə və şahidlərə əsasən 12 minədək ləzgi, eləcə də 4 mindən çox azərbaycanlı və tat əhalini qətlə yetirmişdir. Təpədən-dırnağa kimi silahlanmış nizami qoşun hissələrinə qarşı igidliklə döyüşən ləzgi əhalisi həmin dövrdə işğalçıların 5 mindən çox erməni-daşnak əsgərini məhv etmişdir.[68]
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads