Məcid Şamxalov

Azərbaycan aktyoru və dramaturqu From Wikipedia, the free encyclopedia

Remove ads

Məcid Baba oğlu Şamxalov (2 may 1907, Gülablı13 oktyabr 1984, Bakı)[1] — Azərbaycan dramaturqu, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar artisti (1949).

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Remove ads

Həyatı

Məcid Şamxalov 1907-ci il mayın 2-də Şuşa qəzasının Gülablı kəndində anadan olmuşdur[1]. Digər versiyaya görə isə, Cənubi Azərbaycanın Sərab şəhərində doğulmuş, uşaqlıqda valideynləri ilə Ağdama köçmüşdü[2].

İbtidai təhsilini kənddə almış, 1918-ci ildə ailəliklə köçmüşlər. Burada S. S. Axundovun rus-tatar məktəbini bitirmişdir.

M. F. Axundov adına Dövlət Teatr Texnikumunda təhsil aldıqdan sonra (1924–1926) taleyini milli səhnəyə bağlayır, Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor işləyir. İlk ədəbi-ictimai fəaliyyəti "Damğa" tənqid-təbliğ teatrında rejissorluğu dövründə kiçik həcmli əsərlər yazması ilə başlanır. Onun ilk əsəri "Mənzər" 1955-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuşdur. Gənc məzhəkəçilərin respublika müsabiqəsində I yeri tutduğuna görə "Qızıl medal"a layiq görülmüşdür. Xidmətlərinə görə SSRİ medalları ilə təltif olunmuşdur.

Məcid Şamxalov 1984-cü il oktyabrın 13-də Bakıda vəfat etmişdir.

Remove ads

Mükafatları

Əsərləri

  • Mənzər (pyes). Bakı: Birləşmiş nəşriyyat, 1957, 16 səh.
  • Qayınana (komediya). Bakı: Azərnəşr, 1964, 52 səh.
  • Qayınana (komediya). Bakı: Azərnəşr, 1974, 61 səh.
  • Qayınana (pyeslər). Bakı: Yazıçı, 1980, 117 səh.

Filmoqrafiya

Mənbə

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 50–53.

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads