Mədaxil Cavadlı
From Wikipedia, the free encyclopedia
Remove ads
Cavadov Mədaxil Məqatil oğlu (Mədaxil Cavadlı) — şair, publisist, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı
Mədaxil Cavadlı 1 mart 1958-ci ildə Ağsu rayonunun Sanqalan kəndində anadan olmuşdur. Kənd səkkizillik məktəbi, Sumqayıt şəhərində 44 saylı peşə məktəbini bitirmişdir. Bakı Sənaye Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1976-1978). Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1978-1980).
Marksizm-leninizm universitetinin dinləyicisi olmuşdur (1982-1984). Hazırda Sumqayıt şəhərində 14 saylı orta məktəbdə direktor müavinidir (1994-cü ildən). Eyni zamanda Rusiya Federasiyasında nəşr olunan "Gülüstan" qəzetinin Sumqayıt şəhəri üzrə təmsilçisidir (2000).
Remove ads
Yaradıcılığı
XX əsrin 90-cı illərindən dövri mətbuatda lirik şeirləri ilə çıxış edir. "Bu yurdun alınmaz dağları qala", "Sevgi məktubları", "Ümid işığı" və s. almanaxlarda lirik şeirləri çıxmışdır. "Üzü göyə yol gedirik" şeirlər toplusu 2001-ci ildə Hərbi nəşriyyatda çap olunmuşdur.
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads