Məhərrəm Seyidov
Azərbaycanın Milli Qəhrəmanı From Wikipedia, the free encyclopedia
Remove ads
Məhərrəm Mirəziz oğlu Seyidov (7 sentyabr 1952, Alışar, Noraşen rayonu – 19 yanvar 1990, Kərki, Sədərək rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Sədərək döyüşləri şəhidi.[1][2]
Remove ads
Həyatı
7 sentyabr 1952-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1969-cu ildə burada N. Nərimanov adına orta məktəbi bitirmişdir. Məhərrəm Bakı Xüsusi Milis Məktəbini də bitirmişdi. 1969-cu ildə buradakı N. Nərimanov adına orta məktəbi bitirmişdir. Hərbi xidmətini Xerson şəhərində başa vurduqdan sonra, əmək fəaliyyətinə Daxili İşlər Orqanlarında başlamışdır. 1980-ci ildə Moskva Olimpiadasında ictimai asayişin mühafizəsində fərqləndiyinə görə mükafatlandırılmışdır. Bakı Xüsusi Orta Milis Məktəbini (indiki Polis Akademiyası) bitirmişdir. Şərur rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışırdı. Milis kapitanı idi.
Şəxsi həyatı
Ailəli idi, dörd övladı qalıb.
Remove ads
Döyüşlərdə iştirakı
1990-cı ildə Sədərək rayonu da başqa rayonlar kimi erməni yaraqlılarının hücumlarına məruz qalırdı. 18 yanvar 1990-cı il ermənilər Kərki kəndinə hücum edərək evləri yandırır, silahsız günahı olmayan dinc sakinləri min bir vəhşiliklərlə qətlə yetirirdilər. Şərur rayon Daxili İşlər Şöbəsi məlumatı alan kimi polis işçilərini hadisə yerinə göndərir. Qanlı döyüşlərdə hər iki tərəfdən xeyli ölən və yaralananlar var idi. 19 yanvar polis kapitanı Azər mühasirəyə düşmüşdü. Məhərrəm onu xilas etmək tapşırığını öz üzərinə götürdü, o, vuruşaraq polis kapitanının yanına çata bildi, amma o özü mühasirəyə düşdü, son nəfəsinəcən vuruşaraq döyüşçü dostlarını xilas edən Məhərrəm qəhrəmancasına şəhid oldu. Şərur rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
Remove ads
Təltif və mükafatları
(1980) — "İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı
(1990) — "Qırmızı Ulduz" ordeni (ölümündən sonra)
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə kapitan Məhərrəm Mirəziz oğlu Seyidov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[3]
(6 iyun 1992) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)
İrsi və xatirəsi
Ədəbiyyat
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 257.
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads