Mərdan Camalov
Azərbaycan dövlət məmuru From Wikipedia, the free encyclopedia
Remove ads
Camalov Mərdan Talıb oğlu (27 may 1956, Çöl Beşdəli, Sabirabad rayonu) — Zərdab Rayon İcra Hakimiyyətinin başçısı (2019-cu ildən).
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Remove ads
Həyatı
27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya, 1983–1988-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakültəsini bitirmişdir.
M. T. Camalov əmək fəaliyyətinə 1978-ci ildə Sabirabad rayon Ağacanlı kənd məktəbində müəllim, 1981–1989-cu illərdə Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər, usta, növbə ustası, böyük usta, sex rəisi, rəis, 1989–1993-cü illərdə Azərittifaqın Əli bayramlı şəhər İstehlak Cəmiyyətində rəis, sədr, 1993–1995-ci illərdə Azərkooperativ Məişət Ticarət Kontorunun Bakı Universal Bazasının direktoru, 1995–1996-cı ildə "Azəriqaz" Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini, 1996–2005-ci illərdə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifələrində çalışmışdır.
Ailəlidir, 4 övladı var. Azərbaycan Respublikasının sabiq müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.[1]
Remove ads
Siyasi fəaliyyəti
2005–2019-cu illərdə isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
1997-ci ildən YAP-ın üzvüdür.
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads