Məryam Əli-zadə

From Wikipedia, the free encyclopedia

Remove ads

Məryəm Əli qızı Əli-zadə (14 aprel 1950, Bakı) — teatr tənqidçisi, teatrşünas, sənətşünaslıq doktoru (1998), professor (1999), 1986-cı ildən Azərbaycan Yazıçılar BirliyiTeatr Xadimləri İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomçusu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının professoru.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Remove ads

Həyatı

Məryəm Əli-zadə 14 aprel 1950-ci ildə Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. Burada 31 saylı orta məktəbi bitirdikdən sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil almışdır (1967–1972).

Professor Əbdül Əlizadənin bacısıdır.

Fəaliyyəti

Əmək fəaliyyətinə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və kino şöbəsində baş laborant kimi başlamışdır (1972–1975). Bakı Kitabxanaçılıq Texnikumunda müəllimlik etmiş (1976–1978), daha sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr tarixi kafedrasında müəllim (1978–1985), baş müəllim (1985-?), dosent və professor vəzifələrində çalışmışdır.

Ədəbi fəaliyyəti

Ədəbi fəaliyyətə 1972-ci ildən "Qobustan" toplusunda teatr tənqidi barədə dərc olunan məqalələrlə başlamış, bundan sonra dövri mətbuatda teatr tənqidinə və teatrşünaslığa dair məqalələrlə müntəzəm çıxış etmişdir. "Əhməd Ağdamski" və "Həbibbəy Mahmudbəyov" elmi-ədəbi oçerkləri "Unudulmaz səhnə ustaları" kitabında (1981, Yazıçı) dərc olunmuşdur. Azərbaycan Yazıçılar İttifaqı dramaturgiya şurasının sədri, M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram teatrında bədii şuranın üzvü (1987-ci ildən), Azərbaycan SSR Teatr Xadimləri İttifaqı idarə heyətinin üzvüdür (1988-ci ildən).

"SSRİ və Yunan Teatr Əlaqələri. Ənənə və novatorluq" simpoziumunda (Afina – 1986, oktyabr) Sovet nümayəndə heyətinin tərkibində Yunanıstanda olmuşdur.

2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[1] 23 dekabr 2015-ci ildə TÜRKSOY-un "Haldun Taner" mükafatına layiq görülmüşdür.[2]

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir.[3]

Məqalələri

  • 1. XXI əsr dünya teatr prosesi və Azərbaycan milli teatr sənətinin çağdaş məqsəd və vəzifələri (Müasir teatrda ənənə və novatorluq məsələləri). "Mədəni maarif", 2006, N2, s.5–8.
  • 2. Müasir teatr sorağında (Ədalət Vəlıyevin "Teatr sənətimiz: dünən, bu gün, sabah…" adlı kitabı haqqında). "Mədəni maarif", 2006, N3, s.7–9.
  • 3. Ondan içəri… (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyevin 60 illiyi). "Qobustan", 2006, N2, s.20–25.
Remove ads

Kitabları

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads