Malıbəyli

Xocalı rayonunda kənd From Wikipedia, the free encyclopedia

Malıbəylimap
Remove ads

MalıbəyliAzərbaycan Respublikasının Xocalı rayonunun Malıbəyli kənd inzibati ərazi dairəsində kənd.[2]

Cəld faktlar Ölkə, Region ...

1992-ci il 11 fevral tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Şuşa rayonunun Malıbəyli kəndində olub. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.[3]

5 dekabr 2023-cü ildə kənd Xocalı rayonunun tərkibinə daxil edilib.[4]

Remove ads

Tarixi

Malıbəyli yaşayış məntəqəsi XVIII əsrin axırları və XIX əsrin əvvəllərində sahibkar Malıbəyə məxsus ailələrin Malıbəy kəndindən köçüb, bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Malıbəy (şəxs adı) və -li (mənsubiyyət bildirən şəkilçi) komponentlərindən düzəldilmişdir.[5]

Kənd Birinci Qarabağ müharibəsi dövründə böyük ziyan görüb, bir neçə dəfə erməni qüvvələri kəndə hücumlar təşkil edib. Kəndə edilən hücumların bir neçəsi qeydə alınıb.

  • 23 dekabr 1991-ci ildə Şuşa rayonun Malıbəyli kəndində 1 nəfər qətlə yetirilmişdir.
  • 29 dekabr 1991-ci ildə Şuşa rayonun Malıbəyli, Kosalar, Qeybalı kəndində 16 nəfər dinc sakin qətlə yetirilmişdir.
  • 17 yanvar 1992-ci ildə Şuşa rayonunun Kosalar və Malıbəyli kəndlərinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.
  • 25 yanvar 1992-ci ildə Şuşa rayonunun Xəlfəli və Malıbəylə kəndlərinə silahlı basqın nəticəsində 4 nəfər qətlə yetirilmişdir.[6]

1992-ci il fevralın 8-dən 12-dək Malıbəyliyə 366-cı polk və Xankəndində yaşayan erməni özünümüdafiə dəstələri hücum etdilər. Bu hücum davamlı olaraq 5 gün çəkdi.[7] Nəhayət, 1992-ci ilin fevralın 10-dan 11-nə keçən gecə kənd ermənilər tərəfindən tutularaq tamamilə yandırılıb. Nəticədə 50 nəfər dinc sakin həlak olmuşdu. 1992-ci il oktyabrın 10-da Malıbəyli kəndi üzərində Ermənistan ordusunun zenit bölmələri tərəfindən Azərbaycan HHQ-nə məxsus Su-25 təyyarəsi vurulub. Pilot katapult etsə də, paraşütü açılmadığından həlak olub.

Remove ads

Əhalisi

Kəndin sakinlərinin gəldiyi Malıbəy kəndində, "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, 170 evdə 950 şiə kürd yaşayırdı.[8] 1986-cı ildə aparılan siyahıya almanın nəticələrinə görə kənddə 1,224 nəfər yaşayırdı və onların hamısı azərbaycanlılardan ibarət olub.[9]

Tanınmış şəxsləri

Remove ads

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads