Maqsud Məmmədov (dövlət xadimi)

From Wikipedia, the free encyclopedia

Maqsud Məmmədov (dövlət xadimi)
Remove ads

Maqsud Məmməd oğlu Məmmədov (dekabr 1897, İrəvan5 yanvar 1938, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR xalq maarifi komissarı, repressiya qurbanı.

Cəld faktlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Azərbaycan SSR xalq maarif komissarı ...
Remove ads

Həyatı

Maqsud Məmmədov 1897-ci ildə İrəvan şəhərində kəndli ailəsində dünyaya göz açıb. İrəvan gimnaziyasında oxuyub.[2]

Əmək fəaliyyətinə 1915-ci ildə doğulduğu şəhərdə müəllim kimi başlamışdır. 1920-ci ildən 1923-cü ilədək Bakı Şəhər Xalq Ərzaq Komissarlığı İdarəsinin rəisi vəzifəsində işləmişdir. 1925–1927-ci illərdə Naxçıvan MSSR Fövqəladə Xalq Maliyyə Komissarlığında çalışmış, 1929–1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) rektoru olmuşdur.[3] 1931-ci ildə Azərbaycan SSR xalq maarif komissarı vəzifəsində çalışmışdır. Elə həmin ildə Azərbaycan K(b)P MK-nın katibi təyin edilən Maqsud Məmmədov 1933-cü ilə kimi bu vəzifədə çalışmışdır.

Maqsud Məmmədov 1933–1934-cü illərdə Azərbaycan Partiya Tarixi İnstitutunun direktoru olmuşdur. Partiya işində zəngin təcrübəsini nəzərə alaraq yenidən Azərbaycan K(b)P Mərkəzi Komitəsində işləməyə dəvət etmişlər. 1936–1937-ci burada o, şöbə müdiri işləmişdir. 1937-ci il iyulun 29-dan sentyabrın 19-a qədər "Azərnəşr"in direktorunun səlahiyyətlərini icra etmişdir.

Maqsud Məmmədov Azərbaycan K(b)P MK-nın büro üzvü seçilmiş, 1933-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında ilk dəfə Azərbaycan dilində nəşr olunan V. İ. Leninin "Seçilmiş əsərləri"nin redaktor və tərcüməçilər qrupunun tərkibində təmsil olunmuşdur.

1920-ci ilin sentyabrından Kommunist Partiyasının üzvü olan Maqsud Məmmədov 1925–1927-ci illərdə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin, 1930–1934-cü illərdə Azərbaycan K(b)P Bakı Komitəsinin, 1931-ci ildən Azərbaycan K(b)P MK-nın, 1931–1933-cü illərdə Ümumittifaq K(b)P Zaqafqaziya Diyar Komitəsinin üzvü seçilmişdir.

Repressiya qurbanlarından olan Maqsud Məmmədov 1937-ci ilin sentyabrında Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs olunmuş və güllələnmişdir. Ona 1957-ci ildə bəraət verilmişdir.

Maqsud Məmmədov İrəvanın məşhur ziyalılarından olan Abbas Məhəmmədzadənin qardaşı oğludur.

Remove ads

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads