Matteo Falkone (film)

From Wikipedia, the free encyclopedia

Matteo Falkone (film)
Remove ads

Matteo Falkone — rejissor Tofiq Tağızadənin qısametrajlı bədii filmi.[1]

Cəld faktlar Janr, Rejissor ...
Remove ads

Məzmun

Kinolent vətənpərvərlik, öz xalqına sədaqətli olmaq, xarici işğalla barışmamaq kimi yüksək insani hisslərdən danışır.

Matteo (Nodar Şaşıqoğlu) arvadı Cüzeppa (Tamilla Ağamirova) və yeganə oğlu Fortunato (Ceyhun Mirzəyev) ilə kiçik bir kənddə sakit bir həyat tərzi keçirirlər. Lakin həbsdən qaçan siyasi məhbus Cannettonun (Tofiq Tağızadə) onların kəndində gizlənməsi ilə bu sakitlik pozulur, Matteonun ailəsində faciə baş verir.

Remove ads

Film haqqında

Film Prosper Merimenin eyniadlı novellası əsasında ekranlaşdırılmışdır.

Film 2019-cu il mayın 22-də BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa olunub.

19 dəqiqəlik "Matteo Falkone" qısametrajlı filmi BALANS studiyası tərəfindən bərpa edilən ilk rəqəmsallaşdırılmış filmdir.

BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilmiş "Matteo Falkone" qısametrajlı filminin yenilənmiş versiyası 2019-cu il mayın 23-də Nizami Kino Mərkəzində təqdimat keçirilib. Nümayişdə görkəmli kinorejissor, xalq artisti Tofiq Tağızadənin 100 illiyinə həsr olunub. Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun prezidenti, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev bildirib ki, fransız yazıçısı Prosper Merimenin əsəri əsasında çəkilmiş film Tofiq Tağızadə tərəfindən 1960-cı ildə lentə alınıb. Bu film BALANS Milli Rəqəmsal Bərpa Studiyası, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, "Azərbaycanfilm" kinostudiyası, AMKAD və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə təqdim olunub.[2]

Remove ads

Filmin heyəti

Film üzərində işləyənlər

Əsərin müəllifi: Prosper Merime
Ssenarinin müəllifləri: N.German, Tofiq Tağızadə
Quruluşçu rejissor: Tofiq Tağızadə
Operator: Rasim Ocaqov
Rəssam: Kamil Nəcəfzadə
Bəstəkar: Qara Qarayev
Səs operatoru: İlya Ozerski
Rejissor: Rüfət Şabanov
Filmin direktoru: V.Dudiyev
Çalır: Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor: Niyazi

Rollarda

Nodar Şaşıqoğlu — Matteo Falkone
Tamilla Ağamirova — Cüzeppa
Ceyhun Mirzəyev — Fortunato
Anatoli Falkoviç — serjant
Tofiq Tağızadə — Cannetto
Hacımurad Yegizarov — yaraqlı

Filmi səsləndirənlər

Ələsgər Ələkbərov — Matteo Falkone (Nodar Şaşıqoğlu) (titrlərdə yoxdur)
Yusif Vəliyev — Cannetto (Tofiq Tağızadə) (titrlərdə yoxdur)
Sadıq Hüseynov — serjant (Anatoli Falkoviç) (titrlərdə yoxdur)

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads