Mehdi İrəvanski

Azərbaycan tarixçisi From Wikipedia, the free encyclopedia

Mehdi İrəvanski
Remove ads

Mehdi Məhəmməd oğlu İrəvanski və ya Mehdiquluxan Məhəmməd oğlu Erivanski[1] (1898, İrəvan1965, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor.[1]

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Remove ads

Həyatı

1898-ci ildə anadan olmuşdur. 1918-ci ildə İrəvan klassik gimnaziyasını bitirərək həmin ildə erməni-daşnak rejiminin yerli Azərbaycan türklərinə qarşı soyqırım siyasəti ilə əlaqədar ailəsi ilə birlikdə Naxçıvana köçmüşdür. 1922-ci ildə Moskva Şərqşünaslıq İnstitutunun yaxın Şərq fakültəsinin Türk bölməsinə qəbul olmuşdur. 1925-ci ildə iqtisadiyyat və diplomatiya ixtisasları üzrə təhsilini başa vurmuş, yüksək təhsil göstəriciləri və elmi-tədqiqat qabiliyyətinə görə Diplomatik münasibətlər kafedrasında saxlanılmışdır. 1933-cü ilə qədər Arxiv idarəsində şöbə müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda Bakı Dövlət Universitetində prof. E.İ.Baybakovun rəhbərlik etdiyi Ümumi tarix kafedrasında elmi işlə məşğul olmuşdur. 1933-cü ildən pedaqoji fəaliyyətə başlayaraq bir müddət Azərbaycan Pedaqoji İnstitutunda işləmiş, 1934-cü ildən ömrünün sonuna qədər həyatını BDU ilə bağlamışdır. 1938-ci ildə namizədlik, 1958-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1938-ci ildə Tarix fakültəsinin Qədim dünya tarixi kafedrasının müdiri vəzifəsinə təyin edilmiş və 1955-ci ilə qədər bu vəzifədə çalışmışdır.[1]

Remove ads

Ailəsi

  • Kübra xanım Bağırbəyova evlənmişdir
  • Qızı Tamella xanım Şamil Mahmudbəyov ilə evlənmişdir.

İstinadlar

Mənbə

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads