Mühərrik

müxtəlif enerji növlərini mexaniki enerjiyə çevirən qurğu From Wikipedia, the free encyclopedia

Mühərrik
Remove ads

Mühərrik — müxtəlif enerji növlərini (məsələn, termiki, kimyəvi, elektrik və s.) mexaniki enerjiyə çevirən qurğu.[1]

Thumb
4-taktlı daxili yanma mühərrikinin iş sxemi

Ümumi məlumat

Mühərriklərdə bir əsas val olur. Bu val enerji çevrilməsi nəticəsində hərəkətə gətirilir və başqa maşınmexanizmləri hərəkət etdirir. İstisna hal kimi raketlərdə və xətti mühərriklərdə hərəkət ötürməsi başqa yolla baş verir. Hazırda daxili yanmaelektrik mühərrikləri ən geniş yayılmış mühərriklərdir.

Mühərrikin hərəkətində porşenin necə hərəkət etdiyini görürsünüz. Blokun içində gedib gələn porşen yüksək temperatur və yüksək sürətin nəticəsində yeyilir. Bu halda kompresiya azalır və mühərrik gücünü itirir. Bunun qarşısını almaq üçün Motor Safe istifadə edin.

Remove ads

Mühərrikin növləri

Mühərriklər iki qrupa bölünürlər. Birinci qrupa birbaşa təbii enerji ilə işləyən, onun mexaniki enerjiyə çevrilməsini həyata keçirən mühərriklər daxildirlər. Misal kimi küləklə işləyən dəyirmanları və axar çaylarda yerləşdirilmiş hidravlik mühərrikləri, kimyəvi enerjini mexaniki enerjiyə çevirən istilik mühərriklərini göstərmək olar. İkinci qrupa isə başqa yollarla əldə edilmiş enerjinin hesabına işləyən mühərriklər (elektrik mühərikləri, hidromühərriklər, pnevmomühərriklər) daxildirlər.

Yanacaqlarına görə mühərriklər, aşağıdakı növlərə ayrılırlar:

  1. Dizel
  2. Benzin
  3. Təbii qaz
  4. Elektrik
  5. Hidrogen
Remove ads

Qalereya

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads