Natürmort

incəsənət janrı From Wikipedia, the free encyclopedia

Natürmort
Remove ads

Natürmort (fr. nature morte – cansız təbiət) — təsviri sənətdə (əsasən boyakarlıqda) janr. Vahid mühitdə qrup halında yerləşdirilən cansız əşyaların təsviri.

Thumb

Kompozisiyanın detalı kimi natürmort motivlərinə Qədim Şərq, antik dövrorta əsr incəsənətində təsadüf olunur. Müstəqil janr kimi XVI əsrin əvvəllərində İtaliyada yaranmış, XVI əsrin sonu – XVII əsrin əvvəllərində Avropanın digər ölkələrinə yayılmışdır.

Hollandiyada V.Heda, A.Beyeren, V.Kalf (XVII əsr), Finlandiyada F.Sneyders, J.Feyt (XVII əsr), İspaniyada F.Surbaran (XVII əsr), Fransada J.B.S.Şarden (XVIII əsr), Rusiyada İ.T.Xrutski, K.A.Korovin (XIX əsr) natürmort janrının görkəmli nümayəndələridir.

Sovet boyakarlarından P.P.Konçalovski, .İ.Maşkov, M.S.Saryan və b.bu janrda fərqləniblər. Azərbaycanlı rəssamlardan Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, A.Cəfərov, Böyükağa Mirzəzadə, Tağı Tağıyev qiymətli natürmort nümunələri yaratmışlar.

Remove ads

Ədəbiyyat

  • ASE, VII cild, Bakı, 1983. səh. 167.
  • Серов А. Этюды натюрморта // Художник. 1961, № 2. С.43-47.
  • Тарасов Ю. А. Голландский натюрморт XVII века, Спб, 2004 г.
Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads