Nazırlı
Bərdə rayonunda kənd From Wikipedia, the free encyclopedia
Remove ads
Nazırlı — Azərbaycan Respublikasının Bərdə rayonunun Nazırlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Remove ads
Tarixi
XIX əsrin əvvəllərində Nəzirli kəndinin adı "Qılınclı" adlanırmış. Qılınclı kəndi vaxtilə çox böyük kənd olub. O vaxtlar Kür çayının daşması nəticəsində kəndin əhalisi dörd yerdə və hər birinin arasında 5–6 km məsafə olan ərazilərdə məskən salmışlar. Hətta bu dörd kəndin dördünü də yaşlı adamlar "Qılınclı" (yaşlıların dili ilə desək "Qılışdı") adlandırırlar. Hal-hazırda bu kəndlərin indiki adları: Mollalı, Məşədiibişli, Məmmədli və Nəzirli adlanırlar. Nəzirli kəndini bir çoxları, "Mator Qılınclısı" kimi də tanıyırlar. Çünki, Nəzirli kəndi Kür çayının tam sahilində yerləşdiyi üçün, həyətyanı və əkin sahələrinin suvarılması üçün kəndin Kürə yaxın bir hissəsində çox böyük həcmdə və böyük gücə malik olan su motorları üçün böyük bir bina tikilib və içində 10 - a yaxın tank motorları yerləşdirilmişdır(1975-ci ildən bəri bu motorları yeni qurulmuş su üzərində Bərdə SSİ Nazırlı üzən nasos stansiyası əvəz edir). O vaxtdan Qılınclı kəndlərinin sakinləri öz aralarında biri-birinə izah etmək üçün, bu kəndin adını "Mator Qılınclısı" kimi adlandırmışlar. Nəzirli kəndinə yaranma tarixindən (1930-cu ildən) bəri, yalnız müstəqillik dövründə-2015-ci ildə təbii qaz xətti çəkilib, sakinlərin istifadəsinə verilmişdir.
Remove ads
Qalereya
- Nəzirli kəndinin girişi və 1 saylı orta məktəb.
- Bərdə rayonu Nəzirli kəndi, Kürqırağı mənzərə.
- Nazirli kəndi və məktəbi.
- Nəzirli kəndindəki köhnə su çəkən motorların binası. 1975-ci ildən yararsız vəziyyətdədir.
- Nəzirli kəndindəki yeni qurulmuş su üzərindəki üzən su çəkən motor.
- Nəzirli kəndində çəkilmiş, həyətlərdən birində nar ağacları
- Nəzirli-Kür çayı.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads