Nehrəm

Babək rayonunda qəsəbə From Wikipedia, the free encyclopedia

Remove ads

NehrəmNaxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1] Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilmiş, Nehrəm kənd inzibati ərazi dairəsi Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.[2]

Cəld faktlar Ölkə, Tarixi və coğrafiyası ...
Remove ads

Toponimikası

[3]

Tarixi

Qədim tarixə malik olan qəsəbə yazılı mənbələrdə bəzən Nehrəm, Nehrem və ya Nehram kimi göstərilmişdir. Maarif xadimi Kərim bəy İsmayılov "Сборник материалов для описания местностей и племен Кавказа" toplusunda dərc olunmuş yazısında Nehrəmin ərazisi, coğrafi şəraiti, iqlimi, fauna və florası, adının etimologiyası, tikililəri, suvarma sistemi, əhalisinin məşğuliyyəti, adət-ənənələri, dini ayinləri, bayramları və s. haqqında məlumat vermişdir.

Tarixi abidələri

Nehrəm qəsəbəsində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

Əlavə məlumat İnventar №, Abidənin adı ...
Remove ads

Coğrafiyası və iqlimi

Nehrəm Naxçıvan MR-in ən böyük yaşayış məskənlərindən biridir. Qəsəbə Araz çayının sol sahilində yerləşir.

Əhalisi

Əlavə məlumat İl, Daimi əhali ...

Tanınmış şəxsləri

  • Heydər Vəzirov — Azərbaycan SSR Xalq Torpaq Komissarı və Göyçay Qəza İcraiyyə Komitəsinin sədri. Repressiya qurbanı.
  • Münəvvər Məmmədquluzadə
  • İbrahim İbrahimov (iş adamı)
  • Səfər Mehdiyev — AR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki[18]
  • Əsgər Abdullayev — AR DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı.[19]
  • Əşrəf Qasımov — General-mayor
  • Qulu Novruzov — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi.
  • Həbib Rzayev — ədliyyə general-mayoru.
  • Qambay Vəzirov — general-mayor.
  • Süleyman İsmayılov — 1-ci dərəcəli dövlət müşaviri.
  • Əli Əlirzayev — millət vəkili.
  • Nazim İbrahimov — AR Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri.
  • Elçin İbrahimov (türkoloq) - alim — Azərbaycan Milli Elmlər Akademiyası, şöbəsinin müdiri.
  • Bünyamin Qəmbərli - Keçmiş Millət Vəkili, Siyasətçi
  • Əli Səbri Qasımov - (1892-1983), Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, pedaqoq, yazıçı, jurnalist, tərcüməçi.
  • Əli Nuriyev – Azərbaycan alimi, kimya elmləri doktoru (1972), AMEA-nın müxbir üzvü (2007).
  • İsmayıl Məmmədov — Azərbaycan sovet cərrahı, Azərbaycanda tibb təhsili və səhiyyəsində xidmətləri olan , Azərbaycan Respublikasının "əməkdar elm xadimi" (2000), Azərb. SSR Tibb institutunun ümumi cərrahiyə kafedrasının professoru Azərb, SSR səhiyyə nazirliyinin 4-cü xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri(1974), Tibb institutunun elmi işlər üzrə prorektoru (1975)
  • Vəli Əliyev — əməkdar həkim
  • Abbas Rzayev (alim) — texnika üzrə elmlər doktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi
Remove ads

İqtisadiyyatı

Əhali taxılçılıq, üzümçülük, heyvandarlıq, bostançılıq və tərəvəzçiliklə məşğuldur.

C.Məmmədquluzadə yerli əkinçilərin əməyini yüngülləşdirmək məqsədilə 1893-cu ildə Tiflisdəki "Ekker" firmasından kəndə ilk dəmir kotan gətirməyə nail olmuşdur.

2014-cü ildə otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır.[20]

4.3 km məsafədən qəsəbəyə içməli su kəməri çəkilmişdir. Yaxınlığında gəc sexləri var.

Remove ads

Mədəniyyəti

Nehrəm qəsəbəsində dörd kitabxana, klub, mədəniyyət evi, poçt, rabitə şöbəsi var.

C.Məmmədquluzadə "Kişmiş oyunu" (1892), "Danabaş kəndinin əhvalatları" (1894), "Danabaş kəndinin məktəbi" (1896) əsərlərini burda yazmış, mahalda ilk dəfə olaraq qızları təhsilə cəlb etmiş və məktəb-tarix diyarşünaslıq muzeyi yaratmışdır. O, 1896-cı ildə bu kənddən olan Həlimə Nağı qızı ilə ailə həyatı qurmuşdur. Bu nikahdan yazıçının birinci övladı Münəvvər Məmmədquluzadə dünyaya gəlmişdir.

Remove ads

Təhsil

Qəsəbədə Nehrəm qəsəbə 1 nömrəli, 2 nömrəli və 3 nömrəli tam orta məktəblər fəaliyyət göstərir.[21]

1885-ci ildə Nehrəmdə ilk dünyəvi məktəb açılmışdir. Cəlil Məmmədquluzadə yeddi ildən çox (15 yanvar 1890 – 10 iyul 1897) Nehrəm məktəbində müəllim və nəzarətçi işləmişdir.

Nehrəm qəsəbəsində üç orta, bir əsas, bir texniki peşə məktəbi,bir musiqi məktəbi və bir uşaq bağçası fəaliyyət göstərir.

Din

Qəsəbədə Nehrəm qəsəbə Birinci Hüseyniyyə məscidi, 1892-ci ildə inşa edilmiş Nehrəm qəsəbə Cümə məscidi, 1894-cü ildə inşa edilmiş Nehrəm qəsəbə Güllü məscidi, 1994-cü ildə inşa edilmiş Nehrəm qəsəbə İkinci Hüseyniyyə məscidi yerləşir.[22]

Səhiyyə

Qəsəbədə qəsəbə sahə xəstəxanası, doğum evi fəaliyyət göstərir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads