Ob (çay, Rusiya)

From Wikipedia, the free encyclopedia

Ob (çay, Rusiya)
Remove ads

Ob çayı və ya Divanu Luğati-t-Türkə görə Yamar çayı[1] (tatar. Ümər, Үмәр) — Qərbi Sibir ərazisindən axan çay. Altay dağlarında formalaşan çay. Çay Biya ilə Katun çaylarının birləşməsindən əmələ gəlir. Ob çayının uzunluğu 3650 km təşkil edir. Su toplayıcı sahəsi 2 990 000 km²-dir. Mənsəbdə Ob estuarisini əmələ gətirərək Kara dənizinə tökülür.

Cəld faktlar Ölkə, Mənbəyi ...
Remove ads

Tarixi və etimologiyası

Thumb
Ob çayındakı su basma, aprel 2004

Nenlər çayın aşağı axarlarında yaşayırlar. Onlar çayı Salya-yam adlandırırlar ki, buda "burun çayı" adlanır. Xantılarmansilər ona Аs adını vermişlər. Bu isə tərcümədə "böyük çay" anlamını verir. Selkunlar çayı Kvay, Eme, Kuay olaraq adlanır ki, bu da "iri çay" mənasındadır. Altaylılar Ob adlandırır. Ruslar çayla hələ Ural dağlarınl keçərkən tanış olmuşdular. Yermakın Sibiri ələ keçirməmişdən öncə Ob çayının axarı boyunca ərazilər Obdorski diyarı adlanırdı. Belə bir fikirdə vardır ki, skif-sarmat məşhəlli söz olub *ap yəni "su" mənasını (tac. Об) verir. Bu adı hələ tunc dövrünsə Qərbi Sibir ərazisində yaşamış irandilli xalqlar qoymuşdur[2].

1844-cü ildə çayda paraxod istifadəyə verilmişdir. İlk paraxodu istismar edən kommersiya məsləhıtçisi N. F. Myasnikov olmuşdur[3]. 1895-ci ildə paraxodların sayı 20-yə çatır. Bu paraxodlar qollarada da hərəkət edirdilər. Onların çoxu xüsusi mülkiyyətçilərin idi[3]. 1923-cü ildə yük və sərnişinləri Qərbi-Sibir çay nəqliyyatı adlı qurum daşıyırdı[4].

Remove ads

Qidalanması

Thumb
Thumb
Yenisey və Ob (sağ) Kara dənizinə axır

Çayın qidalanmasında əsasən qar suları böyük rol oynayır. İllik su axınının böyük hissəsi yaz-yay gursululuq dövrünə düşür. Yuxarı axarlarda gursululuq aprelin əvvəli, orta axarlarda aprelin ortaları, aşağı axarlarda isə aprelin sonu mayın əvvəlinə düşür. Aşağı axarların buzdan geç azad olması bi çox hallarda su basmalsrına gətirib çıxarır. Ortalama ilin 180–220 gününü buzun altlnda olur. Bu qışın nə qədər sərt keçməsindən asılıdır[5].

Remove ads

Hövzəsi

Thumb
Ob-İrtış hövzəsi
Thumb
Thumb
Barnaulda yeni körpüya açılan mənzərə

Ob çayının hövzəsi 2 990 000 km² təşkil edir. Bu səbəbdən hövzəsinə görə Rusiyada birinci çaydır. Su həcminə görə YeniseyLena çaylarından sonra üçüncüdür.

Obun cənub hissəsində Novosibir su anbarı yerləşir. İnşası 1950–1961-ci illərdə həyata keçirilmiş su anbarının doldurulması zamanı bir çox kəndlər və Betdsk şəhərinin bir hissəsi su altında qalmışdır.

XIX əsrin sonunda Ob-Yenisey kanalı inşa edilmişdir. Bu kanal sayəsində ili çay birləşir və paraxodla uzun məsafələr qısalırdı. Hazırda bu kanal atılmış vəziyyətdədir

Qolları

Thumb
Yenisibir su anbarı.

Obun əsas qolu İrtışdır. MonqolustanÇin sərhədlərindən başlayaraq obla birlikdı Kara dənizinə tökülür. Ümumi uzunluqları 4248 km təşkil edir..

Digər əhəmiyyətli qolları:

Remove ads

Ob sahilində olan şəhərlər

Thumb
Nijnevartovsk

Ob-İrtış hpvzəsində yerləşın limanlar: Biya çau limanı, Barnaul çay limanı, Novosibirsk, Tomsk, Samus, Nijnevartovsk, Surqut, Labıtnanqi, Pavlodar, Omsk, Tobolsk, Tümen, Xantı-Masiysk.

Körpüləri

Thumb
Kamen-na-Obi şəhərində dəmiryol körpüsü
Thumb
Barnaulda avtomobil körpüsü

Mənsəbdən mənbəyə olan körpülər:

  • Yaqorski körpüsü (Surqut;
  • dəmiryol körpüsü (Surqut);
  • Şeqarski körpüsü (Melnokovo kəndi, Tomsk vilayəti);
  • Şimal körpüsü (Novosibir vilayəti (2008))[6];
  • Dmitrovski körüsü;
  • Birinci dəmiryolu körpüsü;
  • Kommunalnı körpüsü;
  • Novovosibir metro körpüsü;
  • Burqinski körpüsü;
  • Komsomol dəmiryol körpüsü;
  • Novosibir bəndi üzərindən olan körpü;
  • Kamen-na-Obidə dəmiryol körpüsü;
  • Kommunalnı körpüsü (avto, dəmiryol.) Barnaul;
  • Yeni Barnaul körpüsü.

Yeni körpünün tikilməsi planlaşdırılsada maliyyə çatışmazlığı səbəbindən icra edilmir. Bu körpü Tomks vilayəti ərazisindən keçəcək Şimal en magistralı üzərində olmalıdır.

Remove ads

Mənbə

Remove ads

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads