Pərdis Fərcad-Azad

From Wikipedia, the free encyclopedia

Remove ads

Pərdis Fərcad-Azad (12 aprel 1988[1][2], Şərqi Berlin) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə klubunda ikinci strayker kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçu.[3]

Cəld faktlar Ümumi məlumatlar, Tam adı ...
Remove ads

Karyerası

Fərcad-Azad futbolçu karyerasına Herta 03 Zehlendorf klubunda start vermişdir.[4] 2007-ci ilin yay ayında Karl Zeyss Jena klubunun A gənclər millisinə transfer olmuşdur. İki il Karl Zeyss Jena klubunda çıxış etdikdən sonra Pərdis 7 iyul 2009-cu ildə Plauen klubu ilə bir illik müqavilə imzalamışdır.[5]

28 yanvar 2015-ci ildə Fərcad-Azad Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubu ilə 18 aylıq müqavilə imzalamışdır. Dizindən zədə aldıqdan sonra Pərdis altı ay yaşıl meydanlardan uzaq qalmışdır.[6]

23 iyul 2018-ci ildə Fərcad-Azad Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə klubu ilə müqavilə imzalamışdır.[7]

Remove ads

Milli karyerası

Fərcad-Azad Azərbaycan milli futbol komandası ilə debütünü 22 mart 2013-cü ildə Lüksemburq millisinə qarşı oyunda etmişdir.[8]

Karyera statistikası

Klub

24 sentyabr 2018 tarixində yenilənib
Əlavə məlumat Klub, Diviziya ...

Şəxsi həyatı

Fərcad-Azadın valideynləri İran vətəndaşlarıdır.

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads