Pazırıq xalısı

From Wikipedia, the free encyclopedia

Pazırıq xalısı
Remove ads

Pazırıq xalısıPazırıq kurqanında arxeoloji qazıntı zamanı aşkar edilmiş qədim xalı.

Cəld faktlar Xalça haqqında məlumatlar, Tam adı ...
Remove ads

Tarixi

Thumb
Pazırıq xalısı ikinci sıra naxış düşümündən fraqment

Pazırıq kurqanlarından tapılmış toxuculuq nəsnələri içində "Pazırıq xalısı" adı ilə məşhur olan 1,83x2,0m[3] ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunan bu xalı Peterburq Ermitajında saxlanır.

E.ə. V-IV əsrlər arasında hazırlandığını irəli sürən alimlər bu xalının Altaya gedib çıxmasını belə izah edirlər ki, guya bir saqa çarının sifarişi ilə yas törənində cəsədin üstünə örtük kimi hazırlanan bu xalı "Armeniyada" toxunmuşdur. Ulrix Şürman bunu "erməni sənətinin şah əsəri" adlandırmış, Volkmar Gantzhorn isə öz kitabında onun fikrini doğru saymışdır[1][4].

Başqa bir Pazırıq xalısı da divardan asmaq üçün 4,5x6,5 m ölçüsündə rəngli keçədən aplike üsulu ilə hazırlanmış sənət əsəridir. Burada taxtda oturub əlində həyat ağacı tutan qutsal qadın və qarşısında gözəl geyimli bir atlı təsvir edilmişdir. Prof. F. Cəlilov güman edir ki, buradakı qadın obrazı qarşısındakı bəyə uğur diləyən ulu qam katun obrazıdır[5].

Bu qədim xalının kurqanın altında salamat qalmasının səbəbi vaxtilə yuxarıda açılmış bir oyuqdan məzarın dibinə sızan suyun buz bağlaması və xalının buzun içində qalması idi.

Remove ads

Xüsusiyyətləri

Pazırıq xalısı iç-içə bir neçə çərçivəyə bölünmüş, birincidə qrifonlar, ikincidə atlılar, üçüncüdə sığırlar (maral), dördüncüdə hun çiçəyi şəklində simvollar verilmişdir. Beşinci çərçivə isə çiçəkli 24 xanaya ayrılmışdır. Buradakı sığırların və orta xana sayının 24 olması məsələsini 24 oğuz boyunun simvolu olduğunu (türk intellekti) türkmən alimi Axmət Bekmıradov qeyd etmişdir[6]. Sonralar E.F. Tekçe və N.G. Qırzıoğlu da eyni fikrə gəlmişlər[7].

Xalıdakı atların quyruğu əski hun şəkillərindəki kimi düyünlüdür, başlarında yüyən var, yəhərin üzəngisi yoxdur. Çünki həmin xalını toxuyan saqaların törəmələri hunlar dünyada ilk dəfə üzəngini bu xalıdan min il sonra icad etmişdilər.

Remove ads

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads