Piniya şamı
bitki növü From Wikipedia, the free encyclopedia
Remove ads
Piniya şamı (lat. Pinus pinea) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Remove ads
Arealı
Aralıq dənizi ölkələri, Balkan, Asiya, Cənubi Amerika, Çin və Çilidə təbii halda bitir.
Botaniki xarakteristikası
Hündürlüyü 30 m-ə, gövdəsinin diametri 100 sm-ə qədər olan, enli, oval şəkilli və ya kürəvi çətirli ağacdır. Gövdəsinin qabığı qırmızımtıldır, tumurcuqları qatranlı deyil, iynəyarpaqları tünd-yaşıl, 10-15 sm uzunluqdadır. Alt yarpaqları yumurtavarı-neştərvarıdır, təpələri saçaqlı-kirpiklidir. Erkək qozaları çoxdur, xırdadır, silindrovan-uzunsov, sıx, yoğun sünbüllər əmələ gətirir. Qozaları tək-tək və ya iki-üçü bir yerdə yerləşir. Qozaların yoğun və kifayət qədər uzun ayaqcıqları var, onlar kürə şəkilli və ya oval şəkilli-kürəvi olub, dik dayanmışdır. Uzunluğu 8-9 sm, eni 6-8 sm, qalxancıqları qalın, bucaqlıdır, piramidal şişdir, işıqda parıldayır, az nəzərə çarpan, zəif görünən, köndələn, tili və bir neçə çıxıntısı vardır. Toxumları iri, uzunsov-tərs, yumurtavarı, bucaqlıdır, üzərində qalın, tünd-qonur, qırmızı rəngli, 18–20 mm uzunluqda pərdəciyi vardır, qanadlı və ya qanadsızdır. Quraqlığa davamlı və işıqsevən bitkidir, torpağa qarşı az tələbkardır. Tərkibində stearin, palmitin və digər yağ turşularının qliseridləri vardır, yağından boyalar hazırlanır. Yaşıllaşdırmada tək-tək və qrup halında əkilir.
Remove ads
Azərbaycanda yayılması
Azərbaycanda Abşeron, Zaqatala, Kür-Araz ovalığı, Şəmkir və Lənkəranda rast gəlinir.
Sinonimləri
Homotipik sinonimləri
- Apinus pinea (L.) Neck. ex Rydb.
- Pinea esculenta Opiz
- Pinus fastuosa Salisb.
Heterotipik sinonimləri
- Pinus africana Münchh.
- Pinus aracanensis Knight ex Gordon & Glend.
- Pinus arctica Carrière
- Pinus fragilis Carrière
- Pinus maderiensis Ten.
- Pinus pinea var. maderiensis (Ten.) Carrière
- Pinus sativa Garsault
İstinadlar
Həmçinin bax
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads
