Plovtəpə yaşayış yeri

From Wikipedia, the free encyclopedia

Remove ads

Plovtəpə yaşayış yeriNaxçıvan Muxtar Respublikasının Ordubad rayonundakı Sabirkənddən 2 km şərqində, Gilan çayın sol sahilində son Tunc və ilk Dəmir dövrlərinə aid yaşayış yeri.

Cəld faktlar Ölkə, Şəhər ...

1975-1976-cı illərdə tədqiq edilmişdir. Sahəsi təqribən 5 ha.-dır.[1]

Abidənin bəzi yerlərinin korlanıb dağılmasına baxmayaraq, tikinti qalıqları, daş yığıntıları aydın izlənilir. Daş və çiy kərpicdən tikinti məskənlərinin bünövrələri aşkar olunmuşdur. Yerüstü materiallar gil qab nümunələrindən, daş əmək alətlərindən və s.-dən, mədəni təbəqə kül qarışıq gil laylarından ibarətdir: keramika məmulatı, xırdabuynuzlu heyvan sümükləri, əmək alətləri, həmçinin çaxmaq daşı və obsidian (dəvəgözü) qırıntıları və s. aşkar olunmuşdur. Tapıntılara əsasən Plovtəpənin e.ə. II–I minilliklərə aid olması ehtimal edilir. [2]

Remove ads

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads