Pyotr Rumyantsev
From Wikipedia, the free encyclopedia
Remove ads
Pyotr Aleksandroviç Rumyantsev (rus. Пётр Александрович Румянцев-Задунайский; d. 4 yanvar 1725, Moskva - ö. 8 dekabr 1796, Taşan, Rusiya) — Çariça II Yekaterinanın ordu generalı.
Remove ads
Həyatı
Pyotr Aleksandroviç Rumyantsev 4 yanvar 1725-ci ildə Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdu.
Yeddiillik müharibə sırasında Gross-Jägersdorf (30 avqust 1757) və Kundersdorf çarpışmalarında Prusiyalıların yenilgiyə uğradılmasında önəmli rol oynadı. 16 dekabr 1761-ci ildə Pomeranyadakı Kolberg (Kolobrzeg) qalasını və liman şəhərini ələ keçirdi. Noyabr 1764-cü ildə gətirildiyi Ukrayna baş valiliyi sırasında bölgənin Rusiyayla bütünləşdirilməsinə çalışmışdır.
Osmanlı-Rus savaşlarında Boqdandakı (Moldavya) Larqa və Kaqula müharibələrində Osmanlı qüvvətləri qarşısında mütləq zəfərlər qazandı (1770). Dunay çayını keçərək Bolqarıstana daxil oldu və Kozluca (Suvorovo) çarpışmasını (20 iyun 1774) qazanaraq osmanlıları barış istəmək məcburiyyətində buraxdı. İyul 1775-ci ildə marşal rütbəsinə yüksəldilən Rumyantsevə eyni zamanda qraf ünvanı verildi.
Remove ads
Xarici keçidlər
- Rumyantsev-Zadunayski P.A.//http://adjudant.ru/table/Viewer.asp?table=Rus_Army_1756_96&id=2
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads