Gecyetişən armud
From Wikipedia, the free encyclopedia
Remove ads
Gecyetişən armud (lat. Pyrus pyrifolia), bəzi ölkələrdə Asiya armudu, yapon armudu, Çin armudu,[1][2] Koreya armudu,[3][4][5] Tayvan armudu, alma armudu[6] və s.— bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Remove ads
Təbii yayılması
Yaponiyada, Şimali Amerikada, Mərkəzi Asiyada və Çində bitir.
Botaniki təsviri
Hündürlüyü 10–15 m-ə çatan ağacdır. Zoğları çılpaq və ya tükcüklü, bəzən isə keçətükcüklüdür. Yarpaqları uzunsov, yumurtavaridir, 7–12 sm uzunluqda, 4–6 sm enindədir. Kənarları dişlidir və açıq-yaşıl rəngdədir. Yarpaqların hər iki tərəfi əvvəlcə az tükcüklü olub, sonradan çılpaqlaşır. Çiçəkləri 6–9 ədəd olub, qrup halında yerləşmişdir. Meyvəsinin uzunluğu 5–7 sm-ə çatır, kürə formalı, yandan sıxılmış üzəri xallıdır, qonuru-ağımtıl rəngdədir. Aprel ayında çiçəkləyir, avqust-sentyabr aylarında meyvələri yetişir.
Remove ads
Ekologiyası
Soyuğa, istiyə rütubətə davamlı növdür. Çöl-çəmən torpaqlarda yaxşı bitir.
Azərbaycanda yayılması
Böyük Qafqazda, Lənkəran düzənliyində, Abşeronda bağ və parklarda rast gəlinir.
İstifadəsi
Asiya armudu ət marinadlarında işlənilir, özəlliklə mal əti üçün marinadlarda, çünki onun tərkibində ətdəki zülalları yumuşaldan fermentlər var. Məsələn, Koreya mətbəxində o, bulqogi marinadında işlənilir.[7][8] Kimçi reseptlərində də Asiya armudunun püresi istifadə olunur.[9] Onun püresi həmçinin şəkərin əvəzinə sirkə və ya soya sousu əsasında hazırlanan souslara əlavə olunur.[10]
İstinadlar
Həmçinin bax
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads