Qızılüzən

From Wikipedia, the free encyclopedia

Qızılüzən
Remove ads

Qızılüzən(Qızılözən) çayı — uzunluğuna görə İranın ikinci çayı, əsasən Cənubi Azərbaycan ərazisindən axır.

Cəld faktlar Ölkə, Mənbəyi ...
Thumb
Qızıl Üzən çayı — Xəlxal

Azərbaycan türkcəsindəki adı olan "Qızılüzən" adı "qızıl" (qırmızı rəng) və "özən" (çay, axar su) sözlərindən ibarətdir. Həmçinin bu addakı "qızıl" (qırmızı rəng) hissəsini tarixən coğrafi məkan adlarında kompas yönlərini bildirən rəng adlarıyla əlaqələndirib, adı "cənubi çay" (qırmızı rəng vaxtilə cənub yönünü bildirmək üçün istifadə olunub) şəklində açıqlamaq olar. Çayın farsca adı olan "Səfidrud" adı isə "ağ çay" deməkdir ("səfid" sözü farsca "ağ rəng", "rud" isə "çay, axar su" deməkdir).

Remove ads

Çayın hövzəsi

Bu çay Bicarın Qırxbulaq adlı dağlarından başlanır. Məncilə qədər çay Qızılözən adlanır, Məncildən Xəzərə qədər farsca adı olan Səfidrud adıyla adlanır.

Aşağı hissəsində çay, sıldırımlı dar dağ qobularından keçdiyinə görə sürətlə axır. Məncildən sonra Qızılözən dağ silsiləsini çərtərək və dənizqırağı düzənliyə çıxaraq, suvarma kanalların başlanğıc götürdüyü və çoxsaylı qolları olan mənsəb yaradır.

Çayın ən böyük qolu Gilan ostanının mərkəzi şəhəri olan Rəşt şəhərindən keçərək dənizə tökülür. Çay lil kütləsi gətirdiyinə görə mənsəbi getdikcə dənizə tərəf genişlənir. Mənsəbin sahəsi 3600 kv km, eni 110 km. Qızılözənin qolları müxtəlif yüksəkliklərdə su ilə qidalanır, bu isə suyun il ərzində bərabər daxil olmasına və çayın çox sulu olmasını təmin edir.[1]

Remove ads

Coğrafiyası və geoloqiyası

Pliosendən sonrakı dövrdə qatyaradılma prosesi fəallaşdı. Qədim çay şəbəkəsinə malik müasir İran ərazisi yeni qalxmaya məruz qaldı ki bu bəzi yerlərdə çayların burulmasını şərtləndirdi. Başqa hallarda qədim qabıq dağların tədrici qalxması ilə mövcud çaylar tərəfindən çərtildi və bunun nəticəsində onların vadiləri dağ silsilələri ilə kəsişdi. Qızılözən və Səfidrud çayları da belələrindəndir.[2]

İqtisadiyyat

Dəndi, Mayanşan (Mahnişan), Miyanə, Açaçı, Xalxal (Givi, Heşeyin, Ağkənd Kağızkonan), Zəncan (TarımÇürzüq) bölgələrindən axıb MəncilŞahrud çayına qovuşur və Xəzər dənizinə tökülür.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads