Qabil (şair)

Azərbaycan şairi From Wikipedia, the free encyclopedia

Qabil (şair)
Remove ads

Qabil Allahverdi oğlu İmamverdiyev (12 avqust 1926, Bakı4 may 2007, Bakı) — Azərbaycan Respublikasının xalq şairi (1992), 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976).

Cəld faktlar Doğum adı, Doğum tarixi ...
Remove ads

Həyatı və fəaliyyəti

Qabil İmamverdiyev 12 avqust 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (1944–1948). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini (1975–1979) vəzifələrində işləmişdir.

AYB Ağsaqqallar Şurasının sədri olmuşdur.

Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat edib[2]I Fəxri Xiyabanda dəfn olunub.[3] 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. 2016-cı ildə "Palmali" Şirkətlər Qrupu tərəfindən 7100 tonluq neft tankerinə adı verilmişdir — "POET QABİL". 2017-ci ildə isə bu tankerə sahib çıxan Azərbaycan Dövlət Neft Şirkətinin qərarı ilə bu ad gəmidən silinmişdir.

Remove ads

Mükafatları

Remove ads

Filmoqrafiya

  1. Qabil (film, 2001)

Kitabları

  • Seçilmiş əsərləri. Bakı: "Şərq-Qərb", 2004.
  • Mənim mavi Xəzərim 1959
  • Ömrüm boyu 1962
  • Nəsimi 1980 (I–III kitab)
  • Ömrün həbləri 1989
  • İlahi qisməti 2001
  • Dostlarım, tanışlarım 2002
  • Seçilmiş əsərləri — I cild. Bakı, "Şərq-Qərb", 2016 (90 illiyinə)
  • Seçilmiş əsərləri — II cild. Bakı, "Şərq-Qərb", 2016 (90 illiyinə)
  • Əsərlər (7 cildlik külliyyat) — 1–7 cild (2017) — Oğlu Mahirdən xatirə

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads