Qarabağ vulkanik yaylası
From Wikipedia, the free encyclopedia
Remove ads
Qarabağ vulkanik yaylası[1][2][3] (erm. Ղարաբաղի բարձրավանդակ) — Qarabağ vulkanik yaylası Kiçik Qafqazın şərqində, Zəngəzur silsiləsi ilə Qarabağ silsiləsi arasında yerləşir. Qarabağ vulkanik yaylasından başlayan çaylar əsasən Araz çayı hövzəsinə aid olsa da, iri Tərtərçayı Kür çayı hövzəsinə aiddir. Ermənistan yaylasının tərkib hissəsini təşkil edir[4].
Yayla üzərində çoxlu sayda sönmüş vulkan konusları vardır. Yaylanın ən hündür nöqtəsi Dəlidağ zirvəsidir (3616 m). Əsasən vulkanik dağ süxurlarından təşkil olunmuşdur. Ərazisi palıd meşələri və dağ çölləri ilə örtülür. Azərbaycanın Laçın və Kəlbəcər rayonlarını əhatə edir. Burada əhali əsasən heyvandarlığın maldarlıq və qoyunçuluq sahələri ilə məşğul olurlar.
Remove ads
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads