Qulamhüseyn Beqdeli
Azərbaycan və İran ədəbiyyatşünası From Wikipedia, the free encyclopedia
Remove ads
Qulamhüseyn Fətulla xan oğlu Beqdeli (15 mart 1919, Duraqlı – 1998, Kərəc, Tehran ostanı) — ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru, professor.
Remove ads
Həyatı
Qulamhüseyn Beqdeli 1919-cu ildə Duraqlı kəndində anadan olub.[1] Burada orta və ali hərbi məktəbləri bitirmiş, İran şah ordusunun zabiti olmuşdur. İran xalq partiyasına daxil olmuşdur. Siyasi fəaliyyətinə görə həbs edilib, Kirmana göndərilmişdir. 6 aydan sonra sürgündən qayıdıb Güney Azərbaycanda demokratik hərəkata qoşulmuş, azadlıq ordusu tərkibində kapitan rütbəsinədək yüksəlmişdir.[2]
Pişəvəri hökumətinin süqutundan sonra fəaliyyəti
Milli Hökumət dağıldıqdan sonra 1946-cı ildə siyasi mühacir kimi Şimali Azərbaycana gəlib. 1947-ci ildə Bakı Ali Partiya məktəbinə daxil olub. Sonradan isə sovet təhlükəsizlik orqanlarının uydurduğu saxta ittihamla həbsə olunmuş, 10 il azadlıqdan məhrum edilib Uzaq Şərqə, Kolımaya sürgün edilmişdir.[3] Lakin 7 ildən sonra bəraət alaraq təhsilini davam etdirmiş, 1958-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. 1958-ci ildən etibarən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda böyük elmi işçi işləmişdir. 1960-cı ildə "Marağalı Əvhədinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.[4] 1968-ci ildə isə "Nizaminin "Xosrov və Şirin" poeması və bu mövzunun Yaxın və Orta Şərq ədəbiyyatında işlənməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[4]
Remove ads
1979-cu il inqilabından sonra fəaliyyəti
1979-cu il İran İslam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Səməd Sərdarniya, Həsən Məcidzadə Savalan, Cavad Heyət ilə birlikdə "Varlıq" jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.
Klassik Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi tanınmışdır. Nizami, Qətran Təbrizi, Əvhədi, Nəvai əsərlərindən tərcümələri olmuşdur. Məhəmmədhüseyn Şəhriyar poeziyasının ilk tədqiqatçısı və təbliğatçılarından biridir. Klassik şairlərin həyatı və yaradıcılığı barədə külli miqdarda elmi məqalələri dərc olunmuşdur.
Ölümü
1998-ci ilin avqust ayının 16-da Kərəc şəhərində vəfat etmişdir.[5]
Mənbə
Xarici keçidlər
Həmçinin bax
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads