Qusar
Azərbaycanda şəhər From Wikipedia, the free encyclopedia
Remove ads
Qusar (Ləzg.Кцlар)— Azərbaycanın şimalında şəhər, Qusar rayonun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır.[2] Böyük Qafqaz dağlarının ətəyində, Qusar çayı üzərində yerləşir.
![]() |
Bu məqalə Qusar şəhəri haqqındadır. Rayon üçün Qusar rayonu səhifəsinə baxın. |

Dünyada Ləzgilərin kompakt yaşadığı ən böyük şəhər və eyni zamanda Azərbaycanda sayıca üstünlük təşkil etdiyi yeganə şəhər.
Şəhərin əhalisi 21 341 nəfər, ümumi rayonn əhalisi 101 687 nəfərdir.[3]
Bakı şəhərindən məsafəsi 180 km-dir.
Remove ads
Etimologiya
İndiki "Qusar" toponimi əvəllər “Ksar” (Ксар), daha sonra isə “Ktsar”(КцIар) formasını alır. Oxford dünya toponimlərin qısa lüğətinə görə bu toponim "kişi" mənasındaki ləzgicədəki "kas" sözündən gəlir.[4]
Tarixi
Rusiya ikı ı ilə müharsözündən ibə
1837–1839-cu illərdə Qusarın ərazisində[5][6] İmam Qazi Məhəmməd Xuluqvi və Qaçaq Əli Hilivi rəhbərliyi ilə rus çarına Qazavat elan edirlər.[7][8] Bölgəsinin bütün ləzgi soyları bu üsyanda iştirak etdi, ümumilə 12.000 mürid var idi.[5][6]
1920-ci ildə Qusarın ərazisində, Kuzun kəndində imam Mushab-Əli Kuzunvi rəhbərliyiylə Sovet işğalına qarşı yenidən üsyanlar baş verir. Üsyanın yatırılması zamanı bolşeviklər tərəfdən Kuzun kəndi və Qusarın daha bir neçə kənd yandırılmış və 400–500 kəndli qətlə yetirilmişdir.
Remove ads
Mədəniyyəti
Mətbəx
Qusar mətbəxi Azərbaycanın ən tanınmış mətbəxlərindən biri olmaqla, çox zəngindir.
Mətbuat
1932-ci ildə Qusar rayonunda, Azərbaycanda ilk ləzgi dilində nəşr olunan indiki "Qusar" adlı qəzet (keçmişdə "Sosializm tempi" və "Qızıl Qusar") nəşrə başlamışdır.[9]
Abidələr
Qusarda soyqırım abidəsi 1918-ci ildə Qanlı dərədə həlak olan Qusar və Quba qəhrəmanlarının xatirəsinə ucaldılmışdır.
Əhalisi
01.01.2023-cu il siyahıyaalınmasına əsasən Qusar şəhərində yaşayanların sayı 21 341 nəfər olmuşdur.[10]
Şəhər ləzgilərin kompakt yaşadığı ərazi olmasına baxmayaraq, son illərdə yeni nəsil arasında ləzgicə bilənlərin sayı azalıb, bununla bağlı UNESCO ləzgi dilinin yox olma təhlükəsinin olduğunu bildirib.[11]
2000 | 2005 | 2010 | 2015 | 2020 |
---|---|---|---|---|
98,72 % | 87,26 % | 48,25 % | 39,22 % | 28,79 % |
Son 10 ildə (2009-2019) ləzgicəni öz ana dili hesab edənlər 15% azalıb, eyni zamanda rusca danışanlar 15,2% faiz çoxalıb.
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
Remove ads
Ərazisi
Qusar rayonu şimaldan Rusiya Federasiyası ilə, şərqdən Xaçmaz rayonu ilə, cənubdan Quba rayonu ilə və qərbdən Qəbələ rayonu ilə sərhədlərə malikdir. Rayon mərkəzi dəniz səviyyəsindən 690–730 metr, ən ucqar Əlix kəndi 2400 metr yüksəklikdə yerləşir. Böyük Qafqaz dağlarının Bazardüzü (4466 m.) və Şahdağ (4243 m.) zirvələri, eləcə də 1998-ci ildə Heydər Əliyevin 75 illik yubileyi şərəfinə fəth edilmiş və ümummilli liderimizin adı verilmiş Heydər zirvəsi (3755 m.) Qusar rayonu ərazisindədir.
Remove ads
Qalereya
- Qusar Cümə məscidi
- Qusar təzə körpü
- Lermontovun ev-muzeyi (Qusar)
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads