Rəmiş
From Wikipedia, the free encyclopedia
Remove ads
Rəmiş (əsl adı Rafiq Hüseyn oğlu Hüseynov; 14 noyabr 1944, Gülablı, Ağdam rayonu – 5 aprel 2021, Bakı) — azərbaycanlı elektrogitara ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2014).[1]
Remove ads
Həyatı
Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulmuşdur. İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinfində almışdır.
Üç dəfə ailə həyatı qurmuşdur. Sonuncu həyat yoldaşı Güllü Hüseynovadır.
Rəmiş 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada vəfat etmişdir.[2] Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib.[3]
Yaradıcılığı
Rəmiş Qədir Rüstəmovu, Rübabə Muradovanı, Yaqub Məmmədovu, Səxavət Məmmədovu müşayiət etmiş və başqa şəxsiyyətlərlə bir sıra məclislərdə iştirak etmişdir.
Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. Azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilirdi.
Təltif və mükafatları
- 2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "əməkdar artist", 2014-cü ildə isə "xalq artisti" fəxri adına layiq görülüb.
Qalereya
- Rəmişin Ümumşəhər qəbiristanlığındakı məzarı
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads