Radio
From Wikipedia, the free encyclopedia
Remove ads
Radio (lat. radio — şüalandırıram, şüa buraxıram; radius — şüa) — kütləvi informasiya vasitəsi olub, naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır.

Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla bir yerdən başqa yerə daşımaq olur. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur.[1] Radioda əsas əyləncə növü kimi musiqi və xəbərlərə qulaq asırlar. Eyni zamanda radio-tamaşalar, radio-tədris də geniş yayılmışdır.
Remove ads
Tarixi
1985-ci ildə çap olunmuş 1984 təqdimatında Ceyms Klerk Maksvell elektromaqnetizm nəzəriyyəsini təklif edir və işıq, radio və rentgen şüalarının sərbəst fəzada yayılan elektromaqnit dalğalarının növü olduğunu riyazi sübutlarla göstərir. [2][3]
1886 və 1888-ci illər arasında Henrix Rudolf Hers elektromaqnit dalğalarını fəzada şüalandıraraq Maksvellin elektromaqnit nəzəriyyəsini təsdiq edən təcrübənin nəticələrini çap etdi. [4]
Bu ixtiradan sonar bir sıra alimlər Hers dalğalarını (bu tip elektromaqnit dalğaları üçün radio sözünün istifadəsi 20 il çəkdi) göndərmək və qəbul etməklə bağlı təcrübələr apardılar.[5]

Radionun ilk ixtiraçılarından biri Eduard Brenlinin (Édouard Eugène Désiré Branly) əsas kəşflərindən biri radiokonduktorun yaradılmasıdır. Brenli "radio" termininin də müəllifidir.
Radionun ixtiraçılarından biri də italiyalı radiotexnik və sahibkar, Qulyelmo Markoni (Guglielmo Marchese Marconi) hesab edilir. 1909-cu ildə o, "simsiz teleqrafiya sahəsindəki xidmətlərinə görə" fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.[6]
Remove ads
İstinadlar
Həmçinin bax
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads
