Ratko Mladiç

Mladiç From Wikipedia, the free encyclopedia

Ratko Mladiç
Remove ads

Ratko Mladiç (serb. Ратко Младић; 12 mart 1943[1], Bojanoviçi[d], Bosniya və Herseqovina) — "Serb qəssabı" ləqəbli general, Serbiya Respublikası Ordusunun müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırımda təqsirləndirilən qərargah rəisi (1992–1995).

Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Remove ads

Həyatı

12 mart 1942-ci ildə Xorvatiyanın Bojanoviçi kəndində doğulub.

1996-cı ildə Mladiç digər Serbiya rəhbərləri ilə yanaşı Beynəlxalq Haaqa Tribunalı tərəfindən Sarayevonun mühasirəsi zamanı hərbi cinayətlər və soyqırım törətməkdə, eləcə də Srebrenitsa qətliamında ittiham olunmuşdur. Onun həbs edilməsi Serbiyanın Avropa İttifaqına üzv olması üçün əsas şərt kimi irəli sürülmüşdür. Mladiçin yeri haqqında məlumat verməyə görə 10 milyon avro mükafat vəd olunmuşdu. Ratko Mladiç 2011-ci ildə Serbiya xüsusi dövlət təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılmışdır.2017-ci ilin noyabrın 22-də Haaqa məhkəməsinin qərarı ilə Mladiç ömürlük həbs cəzasına məhkum olunmuşdur. Onun digər silahdaşı Karaciç isə 40 il müddətinə azadlıqdan məhrum etmə cəzasına qərar verilmişdi.[3].

Remove ads

Həmçinin bax

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads