Ruslan Abışov
Azərbaycan futbolçusu From Wikipedia, the free encyclopedia
Remove ads
Ruslan İbrahim oğlu Abışov (10 oktyabr 1987[1][2][…], Bakı) — "Neftçi" Bakı klubunun və Azərbaycan milli futbol komandasının keçmiş yarımmüdafiəçisidir. "Neftçi Bakı", "Xəzər-Lənkəran" "Rubin Kazan FK", "Qəbələ FK", "Keşlə FK", "Sabah FK" və "Zirə FK" klublarının heyətində çıxış edib. 2011, 2012-ci illərdə Azərbaycan çempionu olub, 2012-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib.
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Remove ads
Həyatı
Ruslan Abışov Bakıda anadan olub. 6 yaşında Uşaq Gənclər Futbol Məktəbinə üz tutub. Abışovun ilk məşqçisi Əli Məmmədov olub. Ruslan daha sonra İsmayıl Əliyev, İbrahim Dadaşov və Rüstəm Rəhimovun rəhbərliyi altında futbolun sirlərinə yiyələnib. Onun futbolçu kimi püxtələşməsində İslam Kərimovun da böyük rolu olub.[3] Ruslan Abışov orta təhsilinə paytaxtın 246 saylı məktəbində yiyələnib. Ali təhsilini isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb.[3]
Remove ads
Karyerası
15 yaşında ikən Ruslan Abışov Türkiyəyə yollanıb. 6 ay müddətində Dənizlispor klubunun əvəzedici komandasında çıxış edib, lakin Türkiyə vətəndaşlığına malik olmadığı üçün geri qayıtmaq məcburiyyətində qalıb.[3] Vətənə qayıdıb 1 il Neftçinin əvəzedici komandasında çıxış edən Ruslan 2006-cı ildən əsas komandaya cəlb olunub və 18 yaşında ilk peşəkar müqaviləsini imzalayıb. Bir neçə dəfə xarici klublara keçidi gündəmə gəlsə də, transferi baş tutmayıb. 2012-ci ildə çoxlarının gözləmədiyi halda Neftçinin əzəli rəqibi Xəzər Lənkəranın heyətinə keçib.[3] Xəzər-Lənkəranda Ruslan 15 nömrəli formada çıxış edib.[4] Burada 22 oyunda 2 qol vurub. 2013-cü ilin fevral ayında Rusiyanın Rubin Kazan klubuna transfer olunub. Bu klubla 2.5 illik müqavilə imzalayıb.[5]
Milli komanda karyerası
Əsas milliyə çağırılmazdan əvvəl Azərbaycanın U-21, U-19, U-17 və U-15 komandalarında forma geymişdir. 2009-cu ilin avqust ayında Finlandiya və Almaniya millisi ilə keçirilən oyunlarda Azərbaycan milli futbol komandasının tərkibində çıxış etmişdir. 2012-ci ildə Futbol üzrə dünya çempionatı 2014-ün seçmə mərhələsində Şimali İrlandiyaya qarşı keçirilən oyunda millinin kapitanı olub.[6]

Milli komandada oyunlar

Mənbə:[7]
Son yeniləmə:15 noyabr 2013
Milli komandada qollar
Mənbə:[7]
Son yeniləmə:15 noyabr 2013
Remove ads
Uğurları

Klub karyerası
Şəxsi uğurları
- Azərbaycanda ilin futbolçusu (1): 2012
- Azərbaycan Premyer Liqası, ən yaxşı yarımmüdafiəçi: 2010/2011[8]
- Azərbaycan milli futbol komandası, ən yaxşı müdafiəçi: 2012[9]
- 2017-ci ildə Bakıda keçirilən IV Islam Həmrəyliyi oyunlarının çempionu, qızil medalçısı olub.
Digər fəaliyyətləri
2011-ci ildə Ruslan Abışov müğənni Sevda Yəhyayevanın "Gecdir daha"[10] mahnısının klipində çəkilib.[11]
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads