Süleyman Ələsgərov (bəstəkar)

Azərbaycan bəstəкarı From Wikipedia, the free encyclopedia

Süleyman Ələsgərov (bəstəkar)
Remove ads

Süleyman Əyyub oğlu Ələsgərov (22 fevral 1924, Şuşa21 yanvar 2000, Bakı) — azərbaycanlı bəstəkar, Azərbaycan SSR xalq artisti (1974), Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı (1967), Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri (1972–2000).[1]

Cəld faktlar Ümumi məlumatlar, Doğum tarixi ...
Remove ads

Həyatı

Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada doğulub. 1943-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında oxuyub. Azərbaycan musiqi sənətinin inkişafı naminə yaradıcılıq səlahiyyəti geniş və çoxşaxəli olmuşdur. Respublika Radio Verilişləri Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru (1943), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, musiqi hissə müdiri (1944–1948), Kinematoqrafiya komitəsinin kinoteatr orkestrlərinin bədii rəhbəri (1949–1951), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası mahnı və rəqs ansamblının bədii rəhbəri (1951–1952), Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru (1952–1954), Respublika Mədəniyyət Nazirliyinin İncəsənət İşləri İdarəsinin rəisi (1954–1956), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru (1960–1971), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi, xalq çalğı alətləri kafedrasının müdiri, professoru (1971–1998) vəzifələrində çalışmışdır. Yaradıcılığında operetta janrı əsas yer tutur. "Məhəbbət gülü" (1945), "Ulduz" (1948), "Özümüz bilərik" (1962), "Olmadı elə, oldu belə" (1964), "Milyonçunun dilənçi oğlu" (1966), "Hardasan ay subaylıq" (1968), "Sevindik qız axtarır" (1970), "Həmişəxanım" (1971), "Subaylardan görəsiz", "Gurultulu məhəbbət" operettaları Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində bu gün də oynanılır. Onun "Bahadır və Sona", "Solğun çiçəklər" operaları, bir neçə kantatası: "Böyük Oktyabra salam"(1947), "Vətən, eşq olsun"(1960),"Bahar təranələri", "Bir bayraq altında"(1970) ; "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfonik muğamı,"Çingiz İldırım" vokal simfonik poeması(1974), "Həzi Aslanovun xatirəsi"nə simfonik poema və süitaları, 3 tar konserti,200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), "Tarantella", "Rəqs-tokkata","Rondo", "Aşıqvari", Qanun aləti üçün yazdığı "Poema"("Rapsodiya") və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir.

1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri kimi çalışmışdır.

Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə vəfat edib.

Remove ads

Xatirəsi

Bəstəkar haqqında "Xəyala dalarkən" sənədli televiziya filmi çəkilib. Filmin rejissoru Tahirə Hüseynovadır.[2]

Mükafatları

Thumb
Süleyman Ələsgərovun 1965–2000-ci illərdə yaşadığı ev

Filmoqrafiya

İstinadlar

Mənbə

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads