Saratov vilayəti
From Wikipedia, the free encyclopedia
Remove ads
Saratov vilayəti (rus. Саратовская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Remove ads
Coğrafiyası
Əhalisi
Azərbaycanlılar
Saratovda azərbaycanlılar ilk dəfə 17-ci əsrdə peyda olublar. Onlar əsasən buraya ticarət məqsədilə müvəqqəti olaraq gəlirdilər. 20-ci əsrin 50-60-cı illərindən etibarən isə bura gələn azərbaycanlıların sayında artım yarandı. SSRİ dövründə Saratova gələn azərbaycanlılar əsasən orduda xidmət etdikdən sonra burada təhsil və iş məqsədilə, habelə evlilik nəticəsində qalanlar idi. Lakin azərbaycanlıların ən böyük axını 90-cı illərdə baş vermişdir. Mərkəzi hakimiyyətin dağılması nəticəsində və həmçinin Qarabağ müharibəsinin Azərbaycana vurduğu böyük ziyan nəticəsində ölkədə iqtisadiyyatın vəziyyəti ağırlaşdı, çoxlu sayda insan iş məqsədilə digər ölkələrə üz tutmağa başladılar. Rəsmi rəqəmlərə görə Saratov vilayəti ərazisində 1979-ci ildə 2658 nəfər, 1989-ci ildə 10.610 nəfər, 2002-ci ildə isə 16.417 nəfər azərbaycanlı yaşayırdı.[2]
Remove ads
Mənbə
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads