Sətif
From Wikipedia, the free encyclopedia
Remove ads
Sətif[2] və ya Setif[3] (ərəb. سطيف, fr. Sétif)[4] — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Dəniz səviyyəsindən təxminən 1096 m yüksəklikdə yerləşir.
Şəhərin tikililərinin çoxusu Fransa müstəmləkəçiliyi dövrünə aiddir, lakin yaxınlıqda Qədim Roma dövründən qalma nekropol və Bizans qalasının xarabalıqları qorunub saxlanılmışdır. 2013-cü ilin məlumatına görə, şəhərin əhalisi təxminən 324 min nəfərdir.
Remove ads
Tarixi
Numidiya mənşəli şəhər romalılara Sitifis kimi tanınırdı. 97-ci ildə imperator Nerva öz veteranlarını burada məskunlaşdırmışdır. İki yüz il sonra Sitifen bölgəsi inzibati olaraq Mavretaniyadan ayrılmışdır. Ərəblərin işğalından sonra şəhər əvvəlki əhəmiyyətini itirmişdir. 1838-ci ildən Fransa qarnizonunun yerləşdiyi şəhər böyük bir kənd təsərrüfatı rayonunun mərkəzinə çevrilmişdir.
İqtisadiyyat
Setifdə kimya, elektrotexnika, tikinti maternalları və yeyinti sənayesi müəssisələri var. Xalçaçılıq inkişaf etmişdir.[3]
Nəqliyyat
8 may 2018-ci il tarixində Setifdə tramvay sistemi fəaliyyətə başlamışdır. 11 dekabr 1960-cı ildə 22,4 km uzunluğunda bir xətt açılmışdır.[5]
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads
