Sikkə

From Wikipedia, the free encyclopedia

Sikkə
Remove ads

Sikkə — əsasən metaldan hazırlanmış və rəsmi şəkildə dövriyyəyə buraxılmış pul vahididir. Sikkələr, adətən, dövlət və ya səlahiyyətli pul buraxan orqan tərəfindən müəyyən dəyər ilə buraxılır və qanuni ödəniş vasitəsi kimi qəbul olunur.

Thumb
Qızıl 5-lik 1899-cu il, üzü
Thumb
Qızıl 5-lik 1899-cu il, arxası

Tarixdə ilk sikkələr eramızdan əvvəl VII əsrdə Lidiyada dövriyyəyə buraxılmışdır. Əvvəlcə sikkələr qızıl, gümüş və digər qiymətli metallardan kəsilmişdir və onların dəyəri tərkibindəki metalın dəyəri ilə müəyyən edilirdi. Sonralar isə nominal dəyəri real metal dəyərindən asılı olmayan sikkələr yayılmağa başlamışdır.

Müasir dövrdə sikkələr adətən mis, nikel, alüminium və onların ərintilərindən hazırlanır. Onların dəyəri daha çox fiat pul prinsipi ilə, yəni dövlət tərəfindən tanınmış rəsmi dəyər əsasında müəyyən edilir. Sikkələrin üzərində buraxıldığı ölkənin adı, nominal dəyəri, buraxılış ili və bəzən tarixi və ya mədəni simvollar əks olunur.

Sikkələr nağd pul dövriyyəsinin bir hissəsini təşkil edir və kiçik ödənişlər üçün geniş istifadə olunur. Bundan əlavə, bəzən xatirə məqsədilə və ya kolleksiya üçün də xüsusi buraxılan sikkələr mövcuddur.

Remove ads

Etiomologiya

Sikkə sözu ərəb mənşəli sözdur[1]. Dilimizə ərəb işğalından sonra keçmişdir.

Tarix

İlk sikkələr demək olar ki, e.ə. VII əsrdə qədim Çin və qədim Lidiya dövlətində meydana gəlmişdir. İlk qızıl sikkələr 2500 il bundan əvvəl Lidiyada (Kiçik Asiyanın qərb hissəsi)  yaranıb[2]. İlk dövrlərdə tədavüldə eyni zamanda qızıldan və gümüşdən düzəldilmiş sikkələr olmuşdur. Sonuncu Lidiya hökmdarı Krez haqqında belə bir deyim qalıb: "Krez kimi varlıdır".[3]

Sikkələrin forması

Sikkələr adətən dairəvi yumru formada olur. Ancaq istisna olaraq bir çox sikkələr dördkünc, düzbucaqlı, kənarları çıxıntılı və.s ola bilir. Sikkənin üz tərəfi avers, əks tərəfi isə revers, kənarı isə qurt adlanır. Sikkənin korlanmasının qarşısını almaq məqsədilə "qurt" kəsikli edilir.[2]

Maraqlı fakt

1794-cü ildə kəsilmiş 1 dollarlıq gümüş Amerika sikkəsi,2016-cı ildə Londonda 10 milyon dollardan baha qiymətə auksiona çıxarılmışdı.[4]

Ən məşhur sikkələr

Ekyu[ing.] — bu sikkə 1266-cı ildən hazırlanmağa başlanıb və Fransanın ilk sikkələrindəndir.

Qvineya — İngilis qızıl sikkəsidir.1663–1817-ci illərdə çıxarılıb. Sonra onu soveren sikkəsi əvəz edib. İlk dövrlər onun hazırlanması üçün qızılı Qvineyadan gətirirdilər. Ona görə də sikkənin adı Qvineyadır.[mənbə göstərilməlidir]

Qulden — XIII əsrdə Avropada çıxan pul vahididir. Bu pul Almaniya, Fransa, Niderland və s. ölkələrdə məşhurdur.[mənbə göstərilməlidir]

Krona — Bir çox ölkələrin qızıl sikkəsidir. İlk dəfə XIV əsrdə Fransada , sonra isə 1523-cü ildə İngiltərədə buraxılıb.[mənbə göstərilməlidir]

Eskudo — XVI əsrdə çıxmış ispan qızıl sikkəsidir.[mənbə göstərilməlidir]

Remove ads

İstinadlar

Ədəbiyyat siyahısı

Əlavə ədəbiyyat siyahısı

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads