Sosialist Əməyi Qəhrəmanı
From Wikipedia, the free encyclopedia
Remove ads
Sosialist Əməyi Qəhrəmanı — 1938-ci ildən 1991-ci ilə qədər SSRİ-də əməkdə fərqlənməyə görə verilən ən ali fəxri ad.

Remove ads
Mükafatın tarixçəsi
Sosialist Əməyi Qəhrəmanı fəxri adı və bu adın verilməsinin əsasnaməsi SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 dekabr 1938-ci il tarixli qərarı ilə təsis edilmişdir. Buna qədər Əmək Qəhrəmanı adı mövcud idi.
SSRİ üzrə ümumilikdə 20 613 nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür ki, bunlardan 201-i iki dəfə, 15-sı isə üç dəfə bu fəxri adla təltif edilmişdir. 134 nəfərə verilmiş Sosialist Əməyi Qəhrəmanı fəxri adı sonradan geri alınmışdır.
Tarixdə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş ilk şəxs 1939-cu il 20 dekabr tarixli Fərmanla İ.V.Stalin, sonuncu adam isə SSRİ prezidentinin 1991-ci il 21 dekabr tarixli Fərmanı ilə təltif edilmiş, Qazaxıstanın opera müğənnisi Bibigül Tuleqenova olmuşdur.
Remove ads
Həmçinin bax
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads