Terek (şəhər)
From Wikipedia, the free encyclopedia
Remove ads
Terek (kab.-çərk. Тэрч къалэ) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Terek rayonunun inzibati mərkəzidir. Şəhər dairəsinə yalnız bir yaşayış məntəqəsi daxildir[2].
Remove ads
Coğrafiya
Terek şəhəri Terek rayonunun qərbində, Terek çayının sağ sahilində yerləşir. Respublikanın paytaxtı Nalçikdən 53 km şərqdədir. Şəhərin sahəsi 12 km²-dir. Şimaldan cənuba şəhərin uzunluğu 5 km, qərbdən şərqə 3 km-dir.
Aşağıdakı yaşayış məntıəqələri ilə həmsərhəddir: şimalda Arik, şərqdə Deyskoye, qərbdə İnternasionalnoe və Aleksandrovskaya.
Şəhər respublikanın dağətəyi zonasında, Kabardın malli düzənliyində yerləşir. Ərazi qərbdə və şimalda yumru təpələri olan nisbətən düz ərazidən ibarətdir. Şəhər ərazisində orta hündürlük dəniz səviyyəsindən 254 metrdir.
Hidroqrafik şəbəkə Terek çayı ilə təmsil olunur. Çay vadisi sıx çay meşələri ilə örtülüdür. Bölgədəki kənd təsərrüfatı torpaqlarının suvarılması üçün nəzərdə tutulmuş kiçik kanallara sahibdir. Şəhərin şimalı meşəlikdir.
İqlimi rütubətli və mülayim yaya və sərin keçən qışa sahibdir. Havanın orta illik temperaturu təqribən + 10,5 ° C, iyulda ortalama + 22.5 ° C, yanvarda isə -2.0 ° C arasında dəyişir. Havanın orta sutkalıq temperaturu qışda −5 ° C-dən + 10 ° C-ə, yayda + 16 ° C-dən + 30 ° C-ə qədərdir. Qışda minimum temperatur nadir hallarda -12 ° C-dən aşağı olur, yayda maksimum temperatur + 35 ° C-ə çatır. Orta illik yağıntının miqdarı təxminən 650 mm-dir. Ən çox yağıntı aprel-iyun aylarına düşür. Əsas küləklər: şərq və şimal-qərb.
Remove ads
Əhali
- Urbanizasiya
2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 679-cu yerdədir. Əhalisinin sıxlığı — 1624.5 nəf./km².
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[3]:
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[4]:
Kişilər — 8 758 nəf. (45,7 %). Qadınlar — 10 412 nəf. (54,3 %)[5].
Əhalinin orta yaşı — 35,5 yaş. Kişilərin orta yaşı — 33,6 yaş. Qadınların orta yaşı — 37,0 yaş.
Remove ads
Səhiyyyə
- Rayon Xəstəxanası - Panaqova k., 110.
- Rayon Poliklinikası - Fanziev k., 8.
- Rayon Stomotoloji Mərkəzi - Lenin k., 22.
- Laboratoriya Diaqnostika Mərkəzi - Lenin k., 53.
Din
Şəhərdə 4 məscid var[6] :
- «Cənnət» - Qoqol k., 19.
- «İslam» - Pervoye k., 6.
- «Ramazan» - Kirov k., 162.
- «Tövhid» - Puşkin k., 125.
Mədəniyyət
- Bölgənin tarixi və mədəniyyətinə həsr olunmuş muzey - Kiçik Kabarda
- Rayon Mədəniyyət Evi
- Rayon kitabxanası
- Şəhər Mədəniyyət Sarayı
- İdman və fitness kompleksləri
İstinadlar
Mənbə
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads