Tilsim (film, 2005)

film, 2005 From Wikipedia, the free encyclopedia

Tilsim (film, 2005)
Remove ads
Cəld faktlar TİLSİM, Rejissor ...
Remove ads

Məzmun

Əsərdə baş verən bir çox hadisələrin sonradan real olmaması şübhəsi yaranır. Yəqin bütün bunların hamısı "tilsim"lənmiş zamanın diktəsi imiş. Oruc Zeynalov (Muxtar İbadov) həkim psixiatrdır. Təmin olunmuş həyatı, Moskvada oxuyan oğlu, onu canından artıq sevən həyat yoldaşı Pakizə (Fərqanə Quliyeva), məşuqəsi, tibb bacısı Ofeliya (Lalə Mustafayeva), dostları, füsunkar bağı. Onun həyatı sadaladıqlarımızın fonunda sakit keçir, lakin müəyyən müddətədək, daha doğrusu bağı öz adına çıxarmaq istəyən Baləminin (Rəzzaq Məmmədov) meydana çıxmasına qədər...

Remove ads

Film haqqında

  • Çəkilişlər "Azərbaycanfilm" kinostudiyasının pavilyonunda, Psixo-nevroloji klinikada, Binəqədi rayonunda, Novxanı kəndində, Bakının küçələrində və müxtəlif mənzillərdə aparılmışdır.
  • Film "Film" Prodüser Mərkəzinin 4-cü filmidir.
  • Film Anarın "Vahimə" hekayəsi əsasında çəkilib.
  • Film 2005-ci ildə Bakıda keçirilən V Beynəlxalq Audiovizual Filmləri Festivalının müsabiqədən kənar — informasiya bölməsində nümayiş olunub.
Remove ads

Filmin heyəti

Film üzərində işləyənlər

Əsərin müəllifi: Anar
Ssenari müəllifi: Kamran Qasımov
Quruluşçu rejissor: Kamran Qasımov
Quruluşçu operator: Mirzə Ələkbərov, Yuri Varnovski
Məsləhətçi rəssam: Rəfael Əsədov
Musiqi tərtibatı: Rauf Əliyev
Qrim üzrə rəssam: Vəfa Yunusova
İcraçı prodüser: Elnur Əliyev
Səs rejissoru: Emin Nəsirli
Montaj rejissoru: Mahir Rəhimov
Pirotexnik: Vaqif Qurbanov
İşıqçı: Şəmsi Qədirov
İkinci rejissor: Nadir Əliyev
Fotoqraf: Elnur Babayev
Operator assistenti: Elnur Babayev
Qrim üzrə assistent: Aybəniz Yunusova
Musiqisindən istifadə edilən bəstəkar: Rafiq Babayev
Bədii rəhbər: Yalçın Əfəndiyev
Məsləhətçi: Ağabəy Sultanov

Rollarda

Muxtar İbadov — Oruc Zeynalov
Lalə Mustafayeva
Fərqanə Quliyeva
Rəzzaq Məmmədov
Natiq Fərzəliyev
"Bakond" Firması

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı

Xarici keçid

Filmi izlə

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads