Tural Abbaslı

Azərbaycan siyasətçisi From Wikipedia, the free encyclopedia

Tural Abbaslı
Remove ads

Tural Feyruz oğlu Abbaslı (13 sentyabr 1982, Bakı) — Azərbaycan siyasətçisi, jurnalisti, Müsavat Partiyasının üzvü və funksionerlərindən biri (2000–2016), 2016-cı ildən bəri Ağ Partiyasının sədri.[3]

Cəld faktlar Ağ Partiyanın sədri, Əvvəlki ...

Müsavat Partiyasının Divan üzvü olmuş Başxanım Abbasovanın ailəsində böyüyən Tural Abbaslı siyasi fəaliyyətə Müsavat Partiyasında başlamış, 2000–2016-cı illərdə partiya funksionerlərindən biri olmuşdur. 2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olsa da, seçkidə sonuncu yeri tutaraq seçilə bilməyib.[4]

Tural Abbaslı Ağ Partiyasını təsis edənə qədər İctimai Palata (2010), Demokratik Qüvvələrin Milli Şurası (2013),[5] "Ağ Blok", sədr olduqdan sonra "Qarabağ Komitəsi"[6] və "Azərbaycan Xalq Hərəkatı" kimi bir sıra müxalif siyasi təşkilat və blokların rəhbərliyində təmsil olunub. 2018-ci ildə keçirilən Prezident seçkilərində namizədliyini irəli sürmüşdür.[7] 2020-ci ildə VI çağırış Azərbaycan Milli Məclisinə seçkilər zamanı 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizəd olmuşdur.[8]

Remove ads

Həyatı

Tural Abbaslı 13 sentyabr 1982-ci ildə Bakı şəhərində doğulub. Atasını erkən yaşlarında itirən Abbaslı[9] anası Baxşıxanım Abbasovanın himayəsində böyüyüb. Başxanım Abbasova Müsavat Partiyasının Divan üzvü olub.[9][10] Siyasi fəaliyyətə başlamasında da məhz anasının təsiri olub.[11]

Təhsili

Tural Abbaslı 1999-cu ildə 4 nömrəli Humanitar Fənlər gimnaziyasını bitirib. 1999–2003-cü illərdə o, Müstəqil Azərbaycan Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 2009-cu ildə BDU-nun Jurnalistika fakültəsinin magistratura pilləsinə daxil olmuş, lakin təhsil aldığı müddətdə BDU-dan qovulduğu üçün[12] təhsilini 2022-ci ildə tamamlaya bilmişdir.[13]

Ailəsi

Tural Abbaslı Müsavat Partiyasının sabiq Divan üzvü Başxanım Abbasovanın oğludur.[11] Onun qardaşı, leytenant Teymur Abbasov İkinci Qarabağ müharibəsi zamanı ölmüşdür.[14]

Tural Abbaslı ailəlidir.[15]

Remove ads

Siyasi fəaliyyəti

Erkən illəri

Tural Abbaslı siyasi fəaliyyətə Müsavat Partiyasında başlamış və 2000–2016-cı illərdə burada gənclər təşkilatının sədr müavini, Səbail rayon təşkilatında sədr müavini, gənclər təşkilatının sədri, partiya divan heyətinin üzvü olmuşdur.[16][13]

2011-ci ildə İctimai Palatanın Bakının mərkəzində, Ərəb baharı inqilabları ərəfəsində keçirdiyi mitinqin təşkilatçısı kimi 2 il 6 ay həbs cəzasına məhkum edilib[17] və həmin il Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu elan olunub.[18][19][18][13]

2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olsa da seçilə bilməyib.[20]

O, 2018-ci ildə yaradılan "Qarabağ Komitəsi"nin, 2019-cu ildə siyasi partiyaların birliyi olan Azərbaycan Xalq Hərəkatının (AXH) təsisçilərindən biri olub.[13]

Ağ Partiyası

2016-cı ildən Ağ Partiyasının sədri kimi fəaliyyət göstərən Abbaslı,[21] partiyanın 10.000-dən çox üzvü olduğunu qeyd edib.[22] O, buna qədər İctimai Palata (2010), Demokratik Qüvvələrin Milli Şurası (2013),[5] "Ağ Blok" kimi bir sıra müxalif siyasi qurumlarda da təmsil olunub. Həmçinin, 2018-ci ildə yaradılan "Qarabağ Komitəsi"nin[6] və 2019-cu ildə siyasi partiyaların birliyi olan "Azərbaycan Xalq Hərəkatı" adlı qurumun təsisçilərindən biri olub.[23]

2016-cı ildə Ağ Partiyasını təsis edən Abbaslı, müxtəlif dövrlərdə verdiyi açıqlamalarda sədri olduğu partiyanın Türkiyədə fəaliyyət göstərən sağçı və mühafizəkar Ədalət və İnkişaf Partiyası ilə eyni ideoloji xətti tutduğunu bildirmişdir.[24][25][26][27]

Seçkilərdə iştirakı

Tural Abbaslı 2018-ci ildə keçirilən prezident seçkilərində öz namizədliyini irəli sürmüşdür.[7] Bununla yanaşı, 2020-ci ildə VI çağırış Azərbaycan Milli Məclisinə seçkilərində də 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizəd olmuşdur.[13]

Remove ads

Açıqlamaları

Abbaslı mətbuata verdiyi bir müsahibəsində siyasətçinin populist mövqe tutmalı olduğunu qeyd etmişdir.[28] Həmçinin Abbaslı Navalnını "qərbin projesi" adlandırıb.[29] O, Rusya–Ukrayna müharibəsinə də fikir bildirərək, "Putinin yerinə olsam, mən də belə edərdim" deyə qeyd edib.[30]

Qeydlər

  1. Vahid Azərbaycan Partiyasının 26 iyun 2016-cı il tarixli qurultayında partiyanın adı Ağ Partiya olaraq dəyişdirilmiş və Tural Abbaslı sədr seçilmişdir.[1] Partiyanın ad dəyişikliyi Ədliyyə Nazirliyi tərəfindən 7 may 2020-ci il tarixində təsdiqlənərək dövlət qeydiyyatına alınmışdır. 4 sentyabr 2023-cü ildə "siyasi partiyalarla bağlı qanun" layihəsinə əsasən yenidən dövlət qeydiyyatına alınmışdır.[2]
Remove ads

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads