Vasif Süleyman

şair From Wikipedia, the free encyclopedia

Vasif Süleyman
Remove ads

Vasif Süleyman (Süleymanov Vasif İsgəndər oğlu; 3 yanvar 1965, Dəllər, Şamxor rayonu) — azərbaycanlı şair,[1] publisist,[2] Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997), Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1996).

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Remove ads

Həyatı

Vasif Süleyman 1965-ci il yanvarın 3-də Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olub. Dəllər qəsəbə orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb (1991–1996).

"Azərbaycan dəmiryolçusu" qəzetinin redaktoru,[3] "Ədəbiyyat qəzeti"nin redaksiya heyətinin üzvüdür.

Yaradıcılığı

Ədəbi fəaliyyətə 1980-ci illərdən başlayıb. İlk şeirləri "Pioner" və "Ulduz" jurnallarında dərc edilib.

Şeirin təcnis, qoşma, gəraylı və s. janrlarında yazıb-yaradır.[4]

Şeirləri Türkiyənin mətbu orqanlarında çap olunub, sözlərinə musiqi bəstələnib.[5]

Kitabları

  1. "Sevgi atılandan sonra başlayır", 1993
  2. "Eşq ol, dərgahına səcdəyə gəlim", 2003
  3. "Bu, ömürdür mən dediyim, nağıl yox", 2013

Təltif və mükafatları

Publisistika sahəsində uğurlu fəaliyyətinə görə "Qızıl qələm", eləcə də "Şahmar Əkbərzadə" mükafatları alıb.

6 dekabr 1999-cu ildə Heydər Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads