Vilayət Rüstəmzadə
From Wikipedia, the free encyclopedia
Remove ads
Rüstəmzadə Vilayət Məhəmməd oğlu (12 avqust 1937, Bala Muğanlı, Lüksemburq rayonu) — şair, tərcüməçi, ədəbiyyatşünas. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968).
Remove ads
Həyatı
1937-ci il avqustun 12-də Gürcüstanın Borçalı rayonunun Bala Muğanlı kəndində anadan olmuşdur. Marneuli Dövlət Pedaqoji Məktəbini, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu (1964) bitirmişdir[1].
Əmək fəaliyyətinə "Azərnəşr"də tərcüməçi-redaktor kimi başlamışdır. Sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuşdur (1968-71). Bir müddət Azərbaycan Mədəniyyət Nazirliyinin aparatında çalışmış, M.F.Axundov adına Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda, Azərbaycan Dövlət Universitetində SSRİ xalqları ədəbiyyatını tədris etmişdir. "Azərbaycan" jurnalında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin, "Azərnəşr"də, "Yazıçı" nəşriyyatında bədii tərcümə redaksiyasının müdiri, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin orqanı (yeddi dildə nəşr edilən) "Sovet Azərbaycanı" qəzetinin baş redaktoru, "Azərnəşr"də böyük redaktor, Azərbaycan Tərcümə və Mədəni Əlaqələr Mərkəzinin məsul katibi, "Türk dünyası" jurnalının baş redaktorunun birinci müavini, "Amal" qəzetinin baş redaktorunun birinci müavini vəzifələrində işləmişdir[2].
- SSRİ xalq artisti İsmayıl Dağıstanlı qayınatasıdır[1].
Remove ads
Yaradıcılığı
İlk mətbu şeiri - "Tut kötüyü" 1956-cı ildə Marneulidə - "Stalin yolu" qəzetində çap olunmuşdur[3].
Kitabları
Tərcümələri
- Rəsul Həmzətov, "Mənim Dağıstanım" kitabı
- Rəmz Babacan, "Dirilik suyu" poeması
İstinadlar
Ədəbiyyat
Həmçinin bax
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads