Voleybol üzrə Azərbaycan Superliqası

From Wikipedia, the free encyclopedia

Remove ads

Voleybol üzrə qadınlararası Azərbaycan Superliqası 2008-ci ildən etibarən keçirilməyə başlamışdır. Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə qısa zaman ərzində güclənən Azərbaycan Superliqası hal-hazırda Avropa üzrə ən güclü çempionatlardan biridir.

Cəld faktlar
Remove ads

Tarixi

Voleybol üzrə qadınlararası Azərbaycan Superliqası 2008-ci ildə Azərbaycan Voleybol Federasiyası tərəfindən təsis edilib. Buna qədər Azərbaycanda yalnız iki peşəkar komanda: AzərreylRabitənin olduğunu nəzərə alsaq, Superliqanın Azərbaycanda keçirilən ilk rəsmi voleybol çempionatı olduğunu demək olar. 2008-ci ildə Superliqada cəmi 4 klub: Buna qədər mövcud olan Azərreyl, Rabitə və 2008-ci ildə yenicə yaranmış klublar İqtisadçıLokomotiv mübarizə aparırdılar. Həmin mövsümdə çempionatın qızıl medalları Rabitə Bakı, gümüş medalları Azərreyl, bürünc medalları isə Lokomotiv klubuna çatdı.

2009–2010 mövsümündə yenidən 4 komanda mübarizə aparırdı. Sayca ikinci Azərbaycan çempionatında birincilik yenidən Rabitə Bakı klubuna qismət oldu. İkinci yeri Lokomotiv, üçüncü yeri isə İqtisadçı QVK tutdu.

2010–2011 mövsümü isə çox gərgin alındı. Çempionatın əvvəlində yenicə yaranmış iki klub: ŞirvanBakı klubları da mübarizəyə qoşuldular. Müvsümün sonunda çempionluq üçüncü dəfə Rabitə Bakı klubuna nəsib oldu. İkinci yeri Azərreyl klubu tutdu. Üçüncü yeri isə İqtisadçı QVK klubu tutdu.

2011–2012 mövsümünə 2011-ci ilin oktyabr ayında start verildi. Buna qədər Superliqada mübarizə aparan 6 komandaya yeni yaranmış daha bir klub Lokomotiv Biləcəri qoşuldu. Bununla da çempionatda mübarizə aparan klubların sayı 7-yə qalxdı. Bundan başqa 2011-ci ildə Şirvan klubunun fəaliyyətini dayandırması açıqlansada daha sonradan Superliqada onun yerini AzərYolServis klubu tutdu. 2012-ci ilin aprel ayında final mərhələsinin oyunları başladı. Sonda Rabitə klubu 21 xalla çempionatı birinci yerdə başa vurdu və ard-arda dördüncü dəfə Azərbaycan çempionu adına layiq görüldü. Lokomotiv və Bakı klublarının ikisi də 12 xal toplasalar da sonda Lokomotiv gümüş, Bakı isə bürünc medallara sahib oldu. Dördüncü yeri 8 xalla İqtisadçı QVK, beşinci yeri isə 7 xalla Azərreyl. 2011–2012 mövsümünün son oyunları 15 aprel tarixində baş tutdu.

2012–2013 mövsümünə 18 oktyabt 2012 tarixində start verildi. Bu mövsüm yenə 7 komanda superliqada mübarizə aparır: Rabitə Bakı, Lokomotiv, İqtisadçı QVK, Azərreyl, Lokomotiv Biləcəri, debütant Telekom və Bakı və Azəryolservis klublarının birləşməsindən yaranan Azəryol Bakı klublarıdı.

Remove ads

İştirakçılar

Əlavə məlumat Klubun adı, Təmsil etdiyi rayon ...

İl üzrə medallar

Əlavə məlumat Mövsüm, Qızıl ...

Həmçinin bax

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads