Weekly Shōnen Sunday
From Wikipedia, the free encyclopedia
Remove ads
"Weekly Shōnen Sunday" (週刊少年サンデー, Şukan Şonen Sande?) – "Shogakukan" nəşriyyatı tərəfindən nəşr olunan həftəlik şonen manqası jurnalı. Adında "bazar günü" sözü olsa da, jurnalın buraxılışları çərşənbə günləri çıxır.
Remove ads
Tarixi
"Weekly Shōnen Sunday" jurnalı ilk dəfə 17 mart 1959-cu ildə nəşr olunmuşdur. Jurnal rəqib "Weekly Shōnen Magazine" jurnalına cavab kimi yaradılmışdır.[2] Osamu Tezukanın "Dororo" manqası 1967–1968-ci illərdə bur jurnalda nəşr olunmuşdur.[3]
2008-ci ildə "Weekly Shōnen Sunday" və "Weekly Shōnen Magazine" əməkdaşlıq edərək apreldə "Conan & Kindaichi" jurnalını yaratmışdır.[4]
2009-cu ildə jurnalın 50 illik yubileyi qeyd olunmuşdur. Yubiley münasibətilə 158 manqa müəllifininin iştirakı ilə Tokioda xüsusi tədbir keçirilmişdir. Yaponiya Poçtu yubiley münasibətilə "Urusei Yatsura", "Cyborg 009", "8 Man", "GeGeGe no Kitarō" manqalarından personajların yer aldığı 20 xatirə poçt markası buraxmışdır. Jurnalın bu hadisə ilə əlaqədar xüsusi buraxılışı nəşr olunmuşdur.[2] 2014-ü ildə jurnalın 55 illiyini qeyd etmək üçün jurnalda 55 yeni manqa nəşr olunmağa başlamışdır.[5]
2021-ci ildə jurnalın baş redaktoru Kazunori Oşima olmuşdur. O, 2015-ci ildə bu vəzifəni tutmuş Takenori İçiharanı əvəz etmişdir.[6]
Remove ads
Seriyalar
Jurnalda nəşr olunan manqa seriyalarına "Inuyasha"[7] (1996), "Magi: The Labyrinth of Magic"[8] (2009), "Silver Spoon"[9] (2011), "Alice in Borderland"[10] (2015), "Komi Can't Communicate"[11] (2016), "Fly Me to the Moon"[12] (2018), "Call of the Night"[13] (2019), "Frieren: Beyond Journey's End"[14] (2020) kimi seriyalar daxildir.
Remove ads
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads
