Xəyyam Mirzəzadə

Azərbaycan bəstəkarı və pedaqoqu From Wikipedia, the free encyclopedia

Xəyyam Mirzəzadə
Remove ads

Xəyyam Mirzəzadə (5 oktyabr 1935, Bakı30 iyul 2018, Bakı) — Azərbaycan bəstəkarı, pedaqoq, professor (1979), Azərbaycan SSR xalq artisti (1987), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976, 1986).

Cəld faktlar Ümumi məlumatlar, Doğum tarixi ...
Remove ads

Həyatı

Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969–1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələmişdir.[1]

Xəyyam Mirzəzadə 52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olduqdan sonra oradan ayrılıb.[2]

Görkəmli bəstəkar 30 iyul 2018-ci ildə, 82 yaşında uzun sürən xəstəlikdən sonra evində vəfat etmişdir.[3] II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Haqqında hələ bəstəkarın sağlığında "Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75" və "Maestro. Özüm və zaman haqqında" adlı sənədli filmləri çəkilmişdir.[4]

Remove ads

Təltif və mükafatları

Remove ads

Əsərləri

Baletləri

Kamera orkestri üçün

  • Musiqi (1964)
  • Üç xoreoqrafik şəkil (1969)

Simfonik orkestr üçün

  • I Simfoniya (1957)
  • II Simfoniya (Triptix, 1970)
  • Kiçik lirik süita (1963)
  • Oçerklər-63 simfonik poema (1963)
  • "Muğan çöllərində" süitası (1967)

Xor, solist və simfonik orkestr üçün

  • "Çiçəklən, Vətənim" (1964) — E. Mahmudovla birgə, sözləri: Zeynal Cabbarzadə
  • Partiya haqqında oda (1975) — sözləri: Bəxtiyar Vahabzadə

Ağac nəfəs alətləri üçün

  • Sekstet (1962)

Mis nəfəs alətləri üçün

  • Kvartet (1970)

Simli kvartet üçün

  • I Kvartet (1956)
  • II Kvartet (1961)
  • Dörd miniatür (1958)
  • Noraşen rəqsləri (1972)

Violin və fortepiano üçün

  • Sonatina (1950)
  • Poema vä sketso (1952)

Filmoqrafiya

Remove ads

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads