Xanlar Vəliyev
Azərbaycan dövlət xadimi və ədliyyə generalı From Wikipedia, the free encyclopedia
Remove ads
Xanlar Rüstəm oğlu Vəliyev (15 mart 1955, Yevlax) — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası Baş prokurorunun sabiq müavini — Azərbaycan Respublikasının sabiq Hərbi prokuroru (2005–2025[1]), Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2025[2]), ədliyyə general-leytenantı (2005), Azərbaycan Respublikasının əməkdar hüquqşünası (2015).
Remove ads
Həyatı
Xanlar Rüstəm oğlu Vəliyev 1955-ci il mart ayının 15-də Yevlax şəhərində anadan olmuş, 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla respublika prokurorluğu orqanlarına işə qəbul olunmuşdur. Xanlar Vəliyev Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləmiş, 1993–2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilmişdir.[3]
24 iyun 2005-ci ildə ona ədliyyə general-leytenantı ali hərbi rütbəsi verilmişdir.[4]
8 aprel 2025-ci ildə səlahiyyət müddəti başa çataraq, səlahiyyətinə xitam verilmişdir.[1]
Azərbaycan Respublikası Prezidentinin Təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisin 11 aprel 2025-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilmişdir.[2]
Remove ads
Təltif və mükafatları
- 27 sentyabr 2008 — "Azərbaycan Bayrağı" ordeni[5]
- 28 sentyabr 2018 — 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
- 23 iyun 2006 — "Hərbi xidmətlərə görə" medalı[6]
- 18 mart 2015 — "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı[7]
- Azərbaycan Respublikası Baş prokurorunun 15 mart 2005-ci il tarixli əmri ilə "Prokurorluğun fəxri işçisi" döş nişanı[8]
- Azərbaycan Respublikası Baş prokurorunun 13 mart 2020-ci il tarixli əmri ilə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" yubiley medalı
- 17 mart 2025 — 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni[9]
Remove ads
Ailəsi
Ailəlidir, üç övladı var. Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin qardaşıdır.[10]
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads