Yunan dili

Hind-Avropa dili From Wikipedia, the free encyclopedia

Yunan dili
Remove ads

Yunan dili (yun. Ελληνικά — Elliniká) — YunanıstanKiprin rəsmi dili. Yunanıstanda ölkə əhalisinin 99,9%-i, Cənubi Kiprdə isə 82%-i bu dildə danışır. 4000 illik tarixi vardır. Hind-Avropa dil ailəsinin Qreko-Qrabar qoluna aiddir. Müasir dünyada 13 milyondan çox insan yunan dilində danışır.

Cəld faktlar Orijinal adı, Ölkələr ...
Remove ads

Başlıca ləhcələri

Dimotiki / (Δημοτική)

Müasir yunancadır. Kilsə yazışmaları xaric, müasir dövrdə xalqın istifadə etdiyi ləhcədir.

Kathareuousa / (Καθαρεύουσα)

1821-ci ildə müstəqilliyini qazandığı dövrdən 1976-cı ilə kimi dövlətin rəsmi dili bu ləhcədə olmuşdur. 19-cu əsrdə Adamantios Koraisin təşəbbüsü ilə bu ləhcə yaradılıb. Yaradılmasında məqsəd müasir yunancanın qədim yunancaya uyğunlaşdırılması və türkcə sözlərdən dili təmizləmək idi. 1976-cı ildə rəsmi dil kimi bu ləhcənin istifadəsi aradan qaldırılır.

Tsakonika / (Τσακώνικα)

Yunancanın Dor ləhcəsinin davamıdır. Yunanıstanın Mora yarımadasında 3000-dən çox insanın ana dilidir.

Pontus ləhcəsi / (Pομέικα; Romika, Ποντιακά; Pondiaka)

Romeika ləhcəsi də deyilir. 19-cu əsrdən bu ləhcə "Qara Dənizə məxsus" ləhcə olaraq "Pontiaka" adlandırılır. 1923-cü il köçündən sonra Türkiyədən Yunanıstana köçürülənlər, əsasən Şimali Yunanıstanda yaşayanlar, Qara dəniz bölgəsində Trabzon, Rizə və s. illərdə yaşayan rumlar bu ləhcədə danışır.

Kalabriya ləhcəsi / (Κατωιταλικά; Kato italika)

İtaliyanın Yunanıstana yaxın ApuliyaKalabriya bölgələrində danışılır. Qədim dövrlərdə buralarda koloniyalar qurmuş yunanlar tərəfindən danışılır.

Yəhudi yunancası

Yevanik (ivritcə: Yevan-Yunan) uzun illər yəhudi yunanlar tərəfindən istifadə olunub. Yazıda ivrit əlifbası ndan istifadə olunub. İndi demək olar ki, bu ləhcədən istifadə edənlər assimilyasiya olunublar. Çox az sayda insan istifadə edir. 1987-ci ildə aparılan araşdırmalara görə 35-i İsraildə olmaqla, dünyada 50 nəfər bu dili bilir.

Remove ads

Həmçinin bax

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads