Yusif Kərimov (nasir)

yazıçı From Wikipedia, the free encyclopedia

Remove ads

Yusif Abbas oğlu Kərimov (5 may 1940, Bərdə15 oktyabr 2018) — nasir, publisist, 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1963), "Yaddaş" milli mükafatı laureatı (2004), "Qızıl qələm" mükafatı laureatı (1975).

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Remove ads

Həyatı

Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə şəhərində anadan olmuşdur.

Burada 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1957–1962). Beyləqan rayonunda "Yüksəliş" adlı rayonlararası qəzetin redaksiyasında məsul katib (1962–1964), "Bakı" axşam qəzeti redaksiyasında şöbə müdiri (1964–1973), Azərbaycan televiziyasının gənclər üçün proqram Baş redaksiyasında şöbə müdiri, baş redaktor (1973–1978) işləmişdir.

Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirmişdir (1978–1980). "Azərbaycan gəncləri" qəzetinin redaktoru olmuşdur (1981–1995). Mərkəzi seçki komissiyasının mətbuat katibi (1995–1997), Azərbaycan Respublikası Ticarət Nazirliyi Mətbuat Xidmətinin rəhbəri (1997–2001) işləmişdir.

Hazırda İqtisadi İnkişaf Nazirliyində mütəxəssis vəzifəsində çalışır (2001-ci ildən). Azərbaycan Yazıçılar İttifaqı Təftiş komissiyasının sədri (1986), Respublika Jurnalistlər Birliyinin sədr müavini (1987-ci ildən) seçilmişdir. ÜİLKGİ-nin XIX, XX qurultaylarının nümayəndəsi olmuşdur. Azərbaycan LKGİ MK-nın büro üzvü seçilmişdir (1982–1991).

Hazırda Azərbaycan Gənclər İttifaqının büro üzvüdür (1991-ci ildən). Azərbaycan gənclərinin rəsmi nümayəndə heyəti tərkibində keçmiş Yuqoslaviya Federativ Sosialist Respublikasında olmuşdur (1982). Avropa və Şərq ölkələrinə rəsmi səfərlər etmişdir (1980–1990).

Yusif Kərimov 15 oktyabr 2018-ci ildə vəfat etmişdir.[1]

Remove ads

Əsərləri

  • 1. Yollar… Axtarışlar… Bakı: Gənclik, 1969, 86 səh.
  • 2. Bir buta gül. Bakı: Gənclik, 1972, 48 səh.
  • 3. Tavridada şimşək çaxır. Bakı: Gənclik, 1977, 223 səh.
  • 4. Üçbucaq. Bakı: Gənclik, 1979, 275 səh.
  • 5. Gün ötər, geri dönməz. Bakı: Gənclik, 1984, 375 səh.
  • 6. Qırmızı sahil. Bakı: Yazıçı, 1988, 395 səh.
  • 7. Lalə və kəpənək. Bakı: Gənclik, 1994, 20 səh.
  • 8. Pərişan eşqim. Bakı: Zaman, 1998, 504 səh.
  • 9. İtkilər və ümidlər. Bakı: Şans, 1999, 706 səh.
  • 10.İçimə açılan pəncərə. Bakı: Elm və həyat, 2003, 220 səh.
  • 11.Qarabağ şikəstəsi. Bakı: Azərbaycan, 2003, 223 səh.
  • 12.Sarı gəlin, 2016, Bakı.
Remove ads

Filmoqrafiya

  1. Torpağın mahnısı (film, 1980)
  2. Mətbuat fədaisi (film, 2007)

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads