Zərdüşt Əlizadə
Azərbaycan siyasətçisi və publisisti From Wikipedia, the free encyclopedia
Remove ads
Əlizadə Zərdüşt Məmməd Mübariz oğlu (2 fevral 1946, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, publisit, Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu və ilk sədri.
Remove ads
Həyatı
Zərdüşt Əlizadə 2 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub.[1] O, ata tərəfindən əslən İranın Xamnə şəhərindəndir. Əlizadənin ana tərəfi İçərişəhərin zadəgan nəslindəndir.[2] 1964-cü ildə 132 №li orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib.
1969–1971-ci illərdə Misirdə hərbi mütərcim, 1973–1976-cı illərdə Cənubi Yəməndə mütərcim işləmişdir.
1971-ci ildən 1990-cı ilə kimi Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi olmuşdur.
Filologiya elmləri namizədidir.
Remove ads
Siyasi fəaliyyəti
1969–1990-cı illərdə Sov.İKP üzvü olmuşdur. 1988–1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsi üzvü olmuş, 1990-cı ilin yanvar ayının 7-sində istefa vermiş, 1990–2000-ci illərdə Azərbaycan Sosial Demokrat Partiyasının fəallarından olmuşdur.[3]
İki kitab, yüzlərlə məqalə müəllifidir.
Şəxsi həyatı
Niyal xanımla evlidir, iki oğlu var.[4]
Məmməd Mübariz Əlizadənin oğlu, Nüşabə Əlizadənin və Araz Əlizadənin qardaşıdır.
Əsərləri
- Ağayev, Rasim; Əlizadə, Zərdüşt. Конец второй республики (rus). Moskva: Граница. 2006. ISBN 5-94691-207-0.
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads