Zemfira Əliyeva (aktrisa)

Azərbaycan teatr və film sənətçisi From Wikipedia, the free encyclopedia

Zemfira Əliyeva (aktrisa)
Remove ads

Zemfira Əliyeva (tam adı: Zemfira Məmmədəli qızı Əliyeva; 25 dekabr 1941, Kirovabad16 noyabr 1995, Bakı) — Azərbaycan aktrisası. Azərbaycan SSR xalq artisti

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Remove ads

Həyatı

Zemfira Əliyeva 25 dekabr 1941-ci ildə Gəncə şəhərində doğulub. Anası Firuzə Bədirbəyli Gəncə DDT-nin aktrisası olub. Kiçik yaşlarından teatrın tamaşalarında uşaq rollarını oynayıb. 17 yaşında ona Cəfər Cabbarlının "Solğun çiçəklər" melodramasında Sara rolu tapşırılıb. Bundan sonra aktrisa teatra götürülüb və qısa müddətdə Səməd Vurğunun "Vaqif" (Gülnar), Viktor Rozovun "Sabahın xeyir" (Liza), Evripidin "Medeya" (Medeya), Əfqan Əsgərovun "Qız atası" (Məryəm) əsərlərinin tamaşalarında mürəkkəb rollar oynayıb. Bir neçə televiziya tamaşasında və filmdə rol alıb.

Zemfira Əliyeva 1972-ci ildə Naxçıvan DMDT-nin truppasına daxil olub. Bu teatrda qazandığı sənətkarlıq nailiyyətlərinə görə 1 iyun 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 1 dekabr 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif edilib. Aktrisa 1988–1995-ci illərdə Akademik Milli Dram Teatrında işləyib. 26 noyabr 1995-ci ildə Bakıda vəfat edib.

Xalq artisti, rejissor Vaqif Əsədovun həyat yoldaşı olub.

Remove ads

Mükafatları

  • Azərbaycan SSR xalq artisti — 01.12.1982[1]

Əsas rolları

Naxçıvan DMDT

  1. Almaz (Cəfər Cabbarlı) — Almaz
  2. Solğun çiçəklər (C. Cabbarlı) — Sara
  3. Oqtay Eloğlu (C. Cabbarlı) — Firəngiz
  4. Yaşar (C. Cabbarlı) — Yaqut
  5. Ana (H. Cavid) — Səlma
  6. Şeyda (H. Cavid) — Roza
  7. Şeyx Sənan (H. Cavid) — Xumar
  8. Uçurum (H. Cavid) — Anjel
  9. Hacı Qara (M. F. Axundzadə) — Sona
  10. Yağışdan sonra (B. Vahabzadə) — Reyhan
  11. Sənsiz (Ş. Qurbanov) — Maral
  12. Mənim nəğməkar bibim (Ə. Əylisli) — Mədinə
  13. Bir cüt bədmüşk ağacı (Ə. Əylisli) — Azadə
  14. Dəli yığıncağı (C. Məmmədquluzadə) — Pırpız Sona
  15. Toy (Sabit Rəhman) — Zinyət
  16. Bəxt üzüyü (V. Səmədoğlu) — Söylü
  17. Unuda bilmirəm (İ. Əfəndiyev) — Nərmin
  18. Məhv olmuş gündəliklər (İ. Əfəndiyev) — Anjel
  19. Tülkü və üzüm (G. Fiqeyredu) — Kleya
  20. Laçın yuvası (S. S. Axundov) — Pəricahan
  21. Eşq və intiqam (S. S. Axundov) — Zöhrə
  22. Bayramın birinci günü (N. Hikmət) — Zəhra
  23. Elektra (Sofokl) — Elektra
  24. Yenə o bağ olaydı… (M. Müşfiq) — Dilbər
  25. Siz xoşbəxt yaşayın (Ə. Yusifli) — Vəfa

Filmoqrafiya

  1. Böyük dayaq (film, 1962) — rol: Pərişan
  2. Doğma sahillər (film, 1989)
  3. Gedərsən bizə… (film, 1990)
  4. Yad qızı (film, 1990)
  5. Qəzəlxan (film, 1991)
  6. Pəncərə (film, 1991)
  7. Mənim ağ şəhərim (film, 1993)
  8. İtkin gəlin (film, 1994)
  9. Yurd yeri
  10. Güllələnmə təxirə salınır!... (film, 2002)
  11. Manas

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads