Zevs

Qədim yunan mifologiyasında tanrı From Wikipedia, the free encyclopedia

Zevs
Remove ads

Zevs (yun. Ζεύς belə ki; Δίας, Dias, klassik ifadədə: dzeu̯s) — Yunan mifologiyasında tanrı. KronReyanın oğlu, baş olimp tanrısı, ildırımınşimşəyin yaradıcısı, səmanın və bütün dünyanın, insanların tanrısı, 3 böyük tanrıdan biridir. Əlində şimşək olan saqqallı kişi kimi təsvir olunur. İldırım, öküz və qartal onun atributları hesab olunur.

Cəld faktlar Mifologiya, Yer ...

Roma mifologiyasında Yupiter kimi tanınır.

Remove ads

Zevs

Tanrı Kron bir vaxtlar onun özünün atası Uranın hakimiyyətini ələ keçirdiyi kimi, uşaqlarının da onun hakimiyyətini ələ keçirə biləcəklərindən ehtiyat edərək onları udmuşdur. Bu səbəbdən ilahə Reya Zevsi Krondan gizlin olaraq Krit adasındakı Psixro mağarası adlanan bir yerdə dünyaya gətirmişdir. Reya əri Kronu aldadaraq ona yemək üçün Zevsi yox, bələnmiş daş parçasını vermişdir. Keçi Amalfeya körpə Zevsi əmizdirmiş, Kuretlər onu qorumuş, nimfa Adrasteyaİdeya isə onu Kretada balla bəsləyib böyütmüşlər. Mağaranı gözətçilər qoruyarmış və hər dəfə körpə Zevs ağlarkən, onlar nizələrini qalxanlarına vurub taqqıldadaraq onun səsinin Kron tərəfindən duyula bilməsinə mane olmuşlar. Zevsin qutsal ağacı – Dodonadakı məbəddə olan palıd ağacı. Ağacın xışıltısından ilahi işarələr alınırdı.

Zevsin qutsal heyvanı – onun gücünü və hakimiyyətini simvolizə edən qartal.

Remove ads

Zevsin Ailəsi

Bəzi əfsanələrə görə Zevs Heranı Feditaya görə boşamaq istəsə də , sonradan ondan ola biləcək oğlunun onun yerini tuta biləcəyindən ehtiyat edərək bundan vaz keçmişdir. Fedita Peleyaya ərə getmiş və onlardan Axilles dünyaya gəlmişdir.

Zevs ilan cildində Demetranın, sonra Persefonanın, öküz və quş cildində Avropanınİonun, qartal cildində Qanimedin, qu quşu cildində Nemesidin, bildirçin cildində Feditanın, qarışqa cildində Yevrimedin, göyərçin cildində Ftiyanın, alov cildində Eginanın, qızıl yağış cildində Danayanın, satira cildində Antiopun, çoban cildində Mnemosinanın könüllərini almışdır.

O, istəklilərini əsasən insan cildində saxlasa da Kallistonu ayıya, İonu isə inəyə çevirmişdir.

Remove ads

Zevsin uşaqları və nəsil ağacı

  1. Athena – müharibə və sənət ilahəsi idi. Anasının adı Metis idi, Athena onun başından dünyaya gəlib, belə ki Zevs Metisi udmuşdur.
  2. Apollon və Artemis – Zevsin Leto ilə münasibətindən doğulublar. Apollon – Günəş və musiqi tanrısı, Artemis – ov və ayın ilahəsi hesab olunur.
  3. Hermes – Zevsin Maia ilə olan münasibətindən dünyaya gəlib. Hermes tanrıların elçisi və himayədarıdır.
  4. Dionis – Zevsin Semele adlı adlı ölümlü qadınla olan münasibətindən dünyaya gəlib. Şərab və əyləncə tanrısıdır.
  5. Herakl – Zevsin Alkmene adlı ölümlü qadınla olan münasibətindən dünyaya gəlib. Daha sonra tanrılaşdırılmışdır.

Titanomaxiya

Zevs və onun bacı-qardaşları ilə bir yerdə Titanlarla baş verən müharibə Yunan mifologiyasında Titanomaxiya adlanır. Savaş Zevsin atasını, yəni Kronusu devirməsi ilə başlayır. Kronos bir gün övladlarından biri tərəfindən devriləcəyini bildiyinə görə onları doğulan kimi udurdu. Anası Reya Zevsi gizlədərək həyatını xilas etdi və Zevs böyüdükdən sonra Kronosu qusmağa məcbur edib bacı və qardaşlarını azad etdi. Zevs, Hades və Poseydon Titanlara qarşı savaş açdılar. Müharibə 10 il davam etdi. Nəticədə Zevs Tartarusda həbs olunan siklop və yüzqollu nəhəngləri azad etdi. Sikloplar Zevsə ildırım, Poseydona üçdişli nizə, Hadesə isə görünməzlik dəbilqəsi verdilər. Yüzqollular isə dağları ataraq dönüş nöqtəsini yaratdılar. Nəticədə titanlar məğlub olaraq Tartarusa atıldılar, Zevslə əməkdaşlıq edənlər isə azad olundu.

Savaşdan sonra dünya bölüşdürüldü: Zevs - göyə; Poseydon - dənizə; Hades - yeraltı aləmə sahib oldu. Bununla da, Olimpiya tanrılarının dövrü başlandı.

Remove ads

Zevsin ədalət və cəza rolu

Zevs təkcə göy üzünün hakimi deyil, həmçinin qanun və ədalət tanrısı kimi də tanınırdı. O, yalan danışanları və yalandan and içənləri, qonaqpərvər olmayanları və müqəddəs adətləri pozan hər kəsi cəzalandırırdı.

  1. Promotey insanlara od verəndə, Zevs onu dağda daşa zəncirlədi və hər gün qarğanın ciyərini didməsinə icazə verdi.
  2. Tantal, İksion v[4]ə b. personajlara da əbədi cəzalar Zevsin göstərişi ilə verilirdi.
Remove ads

Olimpdə Zevsin heykəli

[5]

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads