Zivər Ağayeva
Azərbaycan şairi From Wikipedia, the free encyclopedia
Remove ads
Zivər Sübhan qızı Ağayeva (1934, Qarasu – 22 iyun 2015, Bakı) — Azərbaycan şairəsi.[1]
Remove ads
Həyatı
Zivər Ağayeva 1934-cü ildə Qazıməmməd rayonunun (indiki Hacıqabul rayonu) Qarasu kəndində dəmiryolçu ailəsində anadan olub.[2] O, Qazıməmməd rayonunda yeddi illik məktəbi bitirdikdən sonra 1951-ci ilə qədər Bakı Tibb Texnikumunda təhsilini davam etdirib. Daha sonra 1962–1967-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb.[3]
Remove ads
Əmək fəaliyyəti
Əmək fəaliyyətinə 1968-ci ildə "Azərbaycan qadını" jurnalında başlamış, poeziya, müxbir məktubları şöbələrinin redaktorları vəzifələrində çalışmışdır.[3] 1993-cü ildə təqaüdə çıxıb.[3]
Yaradıcılığı
Zivər Ağayeva ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərib və dövri mətbuatda şeirləri ilə çıxış edib. 1965-ci ildə "Ana" və "Oğul istəyirəm" şeirləri "Azərbaycan qadını" jurnalında dərc edilib.[3] Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.[4] O, 9 kitabın müəllifidir.[5]
Zivər Ağayeva "Yaşa, mənim xalqım", "Ana torpaq", "Mən baharın qızıyam", "Necə unudum səni", "Aldatmayaq bir-birimizi", "Axtarır gözüm səni", "Darıxıram", "Dünya", "Sən olmasan", "Xoşum gəlir", "Unuda bilmirəm" və "Bülbülüm" də daxil olmaqla 200-ə yaxın mahnının sözlərinin müəllifidir.[5][6] Zeynəb Xanlarova, Flora Kərimova, Şövkət Ələkbərova və Məmmədbağır Bağırzadə də daxil olmaqla Azərbaycanın bır çox tanınmış müğənniləri onun sözlərinə yazılan mahnılar oxuyublar.[1][6]
Kitabları
- "Sürəyyanın yuxusu", Bakı: Gənclik, 1971
- "Özün seç, özün bəyən", Bakı: Gənclik, 1975
- "İlk baharda gəlmişəm", Bakı: Gənclik, 1979
- "Dənizlə görüş", Bakı: Gənclik, 1984
- "Kimlərə qaldı dünya", Bakı: Şirvannəşr, 2001
- "Axar sular geri dönməz", Bakı: Azərnəşr, 2009
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads